Accessibility links

Almaniya Putinin Ukraynada hərəkətlərinə görə "Şimal axını 2" kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır


Şimal Axını 2 qaz kəmərinin logosu
Şimal Axını 2 qaz kəmərinin logosu

Almaniya kansleri Olaf Şolts fevralın 22 bildirib ki, ölkəsi Moskvanın Ukraynada hərəkətlərinə cavab olaraq, Rusiyadan gələn “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır.

Şolts jurnalistlərə bildirib ki, o, Almaniya tənzimləyicisi tərəfindən 11 milyard dollarlıq boru kəmərinin nəzərdən keçirilməsi prosesinin dayandırılmasını istəyib. Qaz kəmər Baltik dənzindən keçərək Rusiyadan Almaniyaya təbii qaz çatırılması üçün nəzərdə tutulub.

"Bu texniki bir prosses kimi səslənə bilər, lakin bu inzibati addımdır, ki, boru kəmərinin sertifikatlaşdırılması prossesi həyata keçilməsin. Və bu sertifikatlaşdırma olmadan “Şimal axını 2” fəaliyyətə başlaya bilməz” - deyə, Almaniya kansleri bildirib.

Solts həmçinin bildirib ki, onun hökuməti son hadisələr fonunda boru kəmərinin sertifikatlaşdırılmasını "yenidən qiymətləndirmək" qərarına gəlib.

Kəmərinin istismara başlaması müddətinin nə qədər gecikəcəyi və ya sertifikatlaşdırma prosesinin nə vaxt bərpa olunacağı hələ ki, aydın deyil. Kəmərin tikintisi ötən il başa çatsa da yekun sertifikatlaşdırmanı gözlədiyi üçün istismara başlamayıb.

Boru kəməri uzun müddətdir ki, ABŞ və bəzi Avropa ölkələri tərəfindən etirazla qarşılanır. Bunun Avropanın enerji təchizatı baxımından Rusiyadan asılılığını artıracağını bildirirlir.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden də bildirmişdi ki, əgər Rusiya Ukraynaya müdaxilə etsə "o zaman artıq "Şimal axını 2" olmayacaq. Sizə söz verirəm, biz buna son qoyacağıq".

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 22-də verdiyi şərhdə Rusiyanın ölkəsinin şərqində iki separatçı bölgəni müstəqil dövlət kimi tanıması və əraziyə qoşun yeritməsi istiqamətində atdığı addım səbəbindən boru kəməri layihəsinin bağlanmasını tələb edib.

Zelenski həmçinin deyib ki, Rusiya hərəkətlərinə görə “Şimal axını 2-nin tamamilə dayandırılması” daxil olmaqla “təcili sanksiyalarla” cəzalandırılmalıdır.

XS
SM
MD
LG