Accessibility links

Səs yazısından Almaniyanın Kyivə "Taurus" raketlərinin verilməsini müzakirə etdiyi məlum olub


Səs yazısından Almaniyanın Kyivə Taurus raketlərinin verilməsini müzakirə etdiyi məlum olub
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Səs yazısından Almaniyanın Kyivə Taurus raketlərinin verilməsini müzakirə etdiyi məlum olub

Almaniyanın çərşənbə axşamı bildirdiyinə görə, Rusiyanın yüksək rütbəli alman hərbçilərinin Ukraynaya uzaqmənzilli silahların tədarükü ilə bağlı müzakirələrinin telefon yazısını əldə etməsi insan səhvidir. Berlin sistemlərinin sındırıldığını təkzib edib. Henri Ricvelin Londondan verdiyi məlumata görə, Qərb müttəfiqləri Rusiyanın başqa kəşfiyyat məlumatlarını da əldə edə biləcəyindən narahatdır.

Almaniya eskalasiya riskini əsas gətirərək, Ukraynaya özünün uzaqmənzilli "Taurus" raketlərini verməkdən dəfələrlə imtina edib.

Lakin keçən həftə Russia Today tərəfindən yayımlanan səs yazısında Hava Hava Qüvvələrinin rəhbəri də daxil olmaqla, dörd yüksək rütbəli alman zabitinin, Kyivə raketlərin verilməsini müzakirə etdiyi məlum olub. London King's College-in müdafiə üzrə analitiki Marina Miron: "Mənim fikrimcə, bu onu göstərir ki, siyasi rəhbərliyin istədiyinin əksinə, yüksək komandanlıqla onların həyati hesab etdikləri arasında bir növ fikir ayrılığı var. Bu sual doğurur, burada nə əlaqə var?"

Səs yazısında zabitlər "Taurus" raketlərinin Rusiyanın nəzarətində olan Krımı materiklə birləşdirən Kerç körpüsünü vura biləcəyi ilə bağlı fərziyyələr irəli sürüb.

Səs yazısından həmçinin məlum olub ki, Britaniya hərbçiləri Ukraynadadır və onlar Ukrayna qüvvələrinə Londonun təqdim etdiyi uzaqmənzilli "Storm Shadow" raketlərini idarə etməyi öyrədir. Britaniya hökuməti məsələyə münasibət bildirməyib.

Rusiya iddia edib ki, səs yazısı "Qərbin münaqişədə kollektiv" iştirakını göstərir.

Berlin qeydin doğruluğunu inkar etməyib. Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı hökumətin rabitə sistemlərinin təhlükəyə məruz qalmadığını bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius: "Telefon zənginin hələ də Hərbi Hava Qüvvələrində qeydə alınmasının səbəbi proqramdakı fərdi səhv olub. Bütün iştirakçılar müəyyən edilmiş təhlükəsiz zəng proseduruna əməl etməyib."

Qərb müttəfiqləri Rusiyanın daha hansı kəşfiyyat məlumatları əldə edə bildiyini şübhə altına alıb. Marina Miron: "Biz onların [rusların] daha nələr bildiyini bilmirik. Bu, onların açıqlamağa qərar verdikləri bir zəngdir. Və yəqin ki, Rusiya bütün [silahların] tədarükü, onların harada həyata keçirildiyi haqqında hər şeyi bilir. Və bu çox, çox ciddidir. Xüsusilə də Almaniya və digər tərəfdaş ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı etibar baxımından. Düşünürəm ki, bu, əlbəttə ki, Rusiyanın xeyrinədir. Çünki [Rusiyanın] məqsədi NATO ilə kinetik mübarizə, açıq müharibə deyil, onun məqsədi alyansı daxildən destabilləşdirməkdir".

Səs yazısı iki həftə əvvəl Arktika həbsxanasında naməlum şəraitdə dünyasını dəyişən mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn mərasimi ilə eyni gündə yayımlanıb. Analitiklər deyirlər ki, bunun həmin vaxt edilməsi çox güman ki, qlobal diqqəti yayındırmaq məqsədi daşıyırdı.

Forum

XS
SM
MD
LG