Accessibility links

Gilad Şalitin valideyinləri Qüdsə doğru yürüş keçirir


Minlərlə israillinin Şalit yürüşünə qoşulacağı deyilir

Fələstin militant qrupu Həmas tərəfindən girov götürülmüş İsrail əsgərinin valideyinləri oğullarının azad edilməsi üçün hökumətə təzyiq göstərmək məqsədilə Qüdsə doğru yürüş keçirirlər. Gilad Şalitin valideyinləri bazar günündən İsrailin şımalındakı evlərindən baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahına doğru 12 günlük yürüşə başlayırlar. Minlərlə israillinin Şalit yürüşünə qoşulacağı gözlənilir. Əsgərin atası Noam Şalit kecən həftə deyib ki, o, oğlu geri qaytarılana kimi baş nazirin iqamətgahının qarşısında çadır qurub gözləyəcək. Cümə günü Şalitin girov götürülməsinin dördüncü ili tamam oldu. Şalit 2006-cı ilin iyununda Qəzza sərhəddinin yaxınlığında Həmas militantları tərəfindən ələ keçirilmişdi. İslamçı militant qrup həbsə götürülmüş əsgərin əvəzinə 1000 Fələstin məhbusunun azad edilməsi tələbini qoymuşdur.

XS
SM
MD
LG