Accessibility links

Corciya ştatında ərinin qətlində təqsirli bilinən qadın edam edilib


Son an qanuni manevrlər və Roma papası Fransisin əfv barədə müraciətinə baxmayaraq, ABŞ-ın Corcia ştatında ərinin qətlində təqsirli bilinən qadın edam edilib.

Kelli Gissendanerin ölüm hökmü Atlanta şəhəri yaxınlığındakı həbsxanada icra edilib.

Gissendaner 1997-ci ildə ərinin öldürülməsini planlaşdırmaqda təqsirli bilinib. Qətli onun sevgilisi Qreqory Oven törədib. Oven ömürlük həbsə məhkum edilib.

Gissendanerin uşaqları çərşənbə axşamı Corciya ştatının əfv və parol idarəsindən edam cəzasının onun üzərindən götürülməsinə müraciət edib. Lakin onların müraciəti rədd edilib.

47 yaşlı Gissendaner Corciya ştatda ölümə məhkum edilmiş və 1945-ci ildən bəri edam edilmiş yeganə qadındır.

Əfv və parol idarəsi Corciya ştatında kommutasiyaya icazə verən yeganə qanuni orqandır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG