Accessibility links

Gitara Mərkəzi - müştərilərin sevərək gəldiyi məkan [Video]


Gitara Mərkəzi - müştərilərin sevərək gəldiyi məkan
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Bu yer gitara həvəskarlarının ziyarətgahıdır. Məqsəd musiqi alətlərini satmaq olsa da, Gitara Mərkəzinə baş çəkən müştərilərin heç də hamısı bura gitara almaq üçün gəlmir.

Burada divarlar tam olaraq gitaralarla örtülüb. Məqsəd isə budur.

“Bu divarlarda asılan bəzi gitaralar çox insanların maliyyə imkanlarından kənardır. Buna baxmayaraq, sən bura gəlib, asılan gitarada oynaya bilərsən.”

“Burada çalışmağın gözəlliyi ondadır ki, divarda gördüyün istənilən gitaranı götürüb, istədiyin qədər oynaya bilərsən. Sonra isə, istəsən onu ala bilərsən, istəməsən isə yerinə qaytara bilərsən.”

ABŞ-da Rok-n-roll musiqisi 50-ci və 60-cı illərdə məşhurlaşmağa başlayıb. Elektro gitara isə rokun ən vacib elementlərin biri olub. Düzdür, indiki zamanda elektron musiqi də çox populardır, amma, o heç zaman amerikalıların gitara musiqisinə olan həvəsini arxada qoya bilməz.

Valideynlər dükanda gitara sevən oğullarını gözləyirlər. Onlar hələ çox gözləyəcəklər. Uşaq bu məkanı çox sevir.

“Bura gözəldir. Mən həftə sonu başqa yerlərə yox, məhz bura gəlməyə üstünlük verirəm.”

Bura gələn müştərilərin gələcəkdə öz musiqilərini yazacaqları ehtimalı az deyil. Sən bu mərkəzə istənilən qədər gəlib, istənilən gitarada ifa edə bilərsən. Həmin gitaranın qiyməti 4000 dollar olsa da belə.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG