Accessibility links

Gizli katalizator adi turşunu hidrogen yanacağına çevirir [Video]


Gizli katalizator adi turşunu hidrogen yanacağına çevirir
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Dünyanın bəzi yerlərində növbəti nəsil təmiz yanacağın axtarışları davam edir. Niderlandda isə Team Fast (Sürətli Komanda) adlı bir qrup tələbə unikal gizli katalizator inkişaf etdirir. Bu katalizator benzindən daha ucuz və təmiz hidrogen yanacağı istehsal edir.

Bu avtobusdakı treyler yeni hidrogen yanacaq sistemidir.

Bir sözlə bu, qarışqa turşusunu, yəni qarışqa və arı iynəsində tapılan acışdırıcı kimyəvi maddələri hidrogen yanacağına çevirən böyük kimyəvi dəstdir.

“Biz hidrogen molekulunu karbon dioksid molekulu ilə birləşdiririk və maye halında qarışqa turşusu əldə edirik. Yəni hidrogeni mayenin içində saxlaya bilirik. Beləliklə onu yanacağa çevrimək asanlaşır”, Maks Aerts deyir.

Benzinin əvəzinə bak komandanın hidrozin adlandırdığı qarışıqla doldurulur və beləcə işin davamını onların xüsusi gizli katalizatoru görür.

“Reformatorda kimyəvi bir katalizator var və katalizator hidrozini hidrogen qazı və karbon dioksidə ayırmağa yardım edir, yəni molekulu tərkib hissələrinə ayırır. Hidrogen qazı hidrogen maşınlardakı yanacaq hüceyrəsinə doldurula bilər”, deyə Team Fast-dən Lukas Van Kappellen bildirir.

Sistem yaxşı işləyir, amma belə görünür ki, yeganə problem avtobusun bu yanacaqla gedə bil’cəyi məsafədir. Lakin komanda onun üzərində də çalışır.

“Arxada gördüyünüz avtobus təkcə 80 kilemetr yol gedə bilir, ona görə də bizim onun daha uzun yol qət edə bilməsinə gətirib çıxaracaq alternativə, yəni qarışqa turşusu kimi yenidən artırıla bilən maye yanacağa ehtiyacımız var,” Max Aerts söyləyir.

Team Fast deyir ki, əgər onlar bu problemi həll edə bilsələr benzin qiymətinə başa gələn təmiz yanacaq texnologiyası yaratmış olacaqlar.

XS
SM
MD
LG