Accessibility links

Gizli xidmət idarəsi naməlum şəxsin Ağ Evə necə daxil olması ilə bağlı suallar qarşısındadır


Naməlum şəxsin Ağ Evə daxil olmasından sonra ABŞ-ın gizli xidmət idarəsinin prezidenti qoruya bilmək qabiliyyəti ilə bağlı suallar qaldırılır.

İnsident cümə günü axşam prezident Barak Obamanın iki qızı ilə vertolyotla Ağ Evdən Merilenddə Kemp Deyvid prezident iqamətgahına getməsindən sonra baş verib. Naməlum şəxs Ağ Evin hasarı aşıb qaçaraq prezidentin iqamətgahına daxil olub. Gizli xidmət idarəsinin əməkdaşları bundan sonra onu yaxalayıb. Onun üzərində silah olmadığı bildirilir.

Gizli xidmət idarəsi insidentilə bağlı araşdırma aparıldığını bildirib. Hadisə nəticəsində Ağ Evdə olan administrasiya və media nümayəndələri evakuasiya edilib.

Nümayəndələr Palatasında Milli təhlükəsizlik məsələləri ilə məşğul olan komitənin sədri, respublikaçı qanunverici Ceyson Şaffets təhlükəsizliyin pozulmasını qəbuledilməz adlandırıb.

Gizli xidmət idarəsi Ağ Evə daxil olan şəxsin Texas ştatının Copperas Kov şəhərinin sakini, 42 yaşlı Omar Qonsales olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG