Accessibility links

İranda növbəti gizli edamlar


İranda edam
İranda edam

11 nəfər asılıb

İranda növbəti gizli edam həyata keçirilib.

APA-nın məlumatına görə, məhbuslardan 5-i Əlborz vilayətinin Kərəc şəhərinin Rəcayişəhr, 6-sı isə Qızılhasar həbsxanasında dara çəkilib.

Onların ad və soyadları açıqlanmayıb və nədə ittiham edildikləri məlum deyil. Ancaq dörd gün əvvəl təkadamlıq kameralara köçürüldükləri və avqustun 22-də səhər saatlarında edam edildikləri bildirilir.

Qeyd edək ki, avqustun 22-də Urmiyada 5, Ərdəbildə 3, Məşhəddə 2, Həndicanda 1, avqustun 21-də isə Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Bununla da, iki gün ərzində 24 nəfər edam edilib. Artıq ölkənin digər həbsxanalarında da gizli edamların həyata keçirildiyi və həmin ölüm hökmlərinin ictimaiyyətə açıqlanmasından imtina edildiyi ehtimal olunur.
XS
SM
MD
LG