Accessibility links

Qlaukoma nədir?


Qlaukoma səbəbilə yaranan korluğa əlac olmasa da, vaxtında bunun qarşısını almaq olar

Dünyada ən çox korluğa səbəb olan qlaukoma inkişaf etməkdə olan ölkələrdə daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı Qlaukomanın Kataraktadan daha güclü olduğunu və bu xəstəlik səbəbi ilə yaranan korluğa əlac olmadığını bildirir.

Əgər sən Qlaukoma riski qarşısında olmadığını düşünürsənsə, bir daha düşün!
Dünya boyu yayılmış Qlaukoma elə bir xəstəlikidr ki, onun simptomları yalnız görmə qabiliyyətinin 40 faizi itdikdən sonra hiss olunur.

Doktor Alan Robun qalukoma üzrə mütəxəssisdir. "Amerikada korluğa əsasən bu xəstəlik yol açır. Ispan mənşəlilər və afro-amerikalıların korluğuna yol açan ikinici səbəbdir" -deyə, doktor Robin buildirir.

Çin və Hindistanda da Qlaukoma korluğuna yol açan ikinici səbəbdir Doktor Alan Robin: “Səhraaltı Afrika ölkələrində qlaukoma səbəbindən kor olanların sayı Birləşmiş Ştatlarda. Hətta afro-amerikalılarda olduğundan qat-qat çoxdur.”

Vaşinqtonun Medstar Mərkəzindən doctor Erik Flişer bu xəstəliyin irqi fəqrlərinin olduğunu deyir. “Qlaukomanın artma riski Afrika ölkələrdə daha çoxdur.”

Qlaukoma xəstəliyinin əsas səbəbi yaşlanma olsa da, bu xəstəliyə hər bir yaşda rast gəlinir. Doktor Robin qlaukomanın göz təzyiqinin artması ilə izah edir. “Göz saat kimidir, satin artxasında nömrələr və maye olur. Maye göz bəbəyi və nömrələrdən keçməklə satin müəyyən bir hissəsindən süzülür.

Mayenin yolu tıxandıqda maye ifraz olunduğu an gözü tərk edir. Bi isə təzyiqin artması və optic sinirin ölməsinə səbəb olur. Korluöun səbəbəi də məhz budur.
Bu proses adətən ağrısız keçdiyinə görə insanlar bunu hiss etmirlər. Doktor Erik Flişer: “Adətən insanlar bunu qapıdan keçərkən çərçivəyə dəydikdə və ya maşın sürərkən qəza törətdikdən sonra başa düşürlər. Çünki onlar artıq periferik görmə qabiliyyətini itiriblər.”

Xoşbəxtlikdən Qlaukomanı diaqnozlaşdırmaq çox asandır.. Adi göz müayinəsi zamanı periferik görmə qabiliyyəti müəyyən edilir. Çünki Qlaukoma ilk növbədə yan görmə qabiliyyətini məhv edir. Əsas məsələ bu xəstəliyi vaxtında aşkar etməkdir. Bu halda onunla mübarizə aparmaq olar.

Doktor Alan Robin: “Onun qarşısını tamamilə almaq mümkün deyil, lakin müalicə etmək olur.”

Hal-hazırda Qlaukomanın qarşısının alınması mümkün deyil. Lakin mütəxəssislər bir vaxtlar bu xəstəliyin müalicə olunacağına və ya qarşısının alına biləcəyinə ümid edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG