Accessibility links

Ukrayna müharibəsi qlobal avtomobil sənayesinə də öz təsirini göstərir


Ukrayna müharibəsi qlobal avtomobil sənayesinə də öz təsirini göstərir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

İlin bu vaxtları Bill Volş rəsmi satış təmsilçisi olduğu 27 avtomobil markasının bir çoxunun inventarının normal vəziyyətə qayıdacağına ümid edirdi.

"Bizim adətən inventarımızda 2000 avtomobilimiz olur, xüsusən də ilin bu vaxtında, yaza doğru gedirik. Hazırda 600 avtomobilimiz var" - deyə Bill Volş bildirir.

Volş hazırkı inventarı tələbatın artdığı bir vaxtda ən azı 65 faiz azalıb. İstehsalçılar üçün problemin bir hissəsi əksər yeni avtomobillərdə elektron sistemlərin idarəsi üçün lazım olan yarımkeçiricilərin yəni "mikroçiplərin" çatışmazlığıdır. Bu problem pandemiya zamanı istehsal çatışmazlığından qaynaqlansa da, Volş hazırkı hadisələrin bu problemlə vəhdət təşkil etdiyini bildirir: "İşçi çatışmazlığı problemi, nəqliyyat probleminiz var, üstəlik təbii fəlakətlər".

2021-ci ildə Süveyş kanalında gəmidaşıma yolunun həftələrlə bağlı qalması da bu problemə digər töhfə verən amildir. Üstəlik indi də Ukraynada müharibə.

Professor Hani Mahmassani İllinoys ştatının Şimal-Qərb Universitetində görkəmli Villiam Patterson adına nəqliyyat kafedrasının müdiridir. O problemin birdən çox olduğunu təsdiqləyir.

"Ötürücü kabellər. Və Ukrayna bu məshulların ən mühüm istehsalçılardan biridir. Təchizat zəncirlərimiz o qədər qloballaşdı və bir-biri ilə əlaqəli oldu ki, orada bir növ problem yaranarsa, bütün bunları hiss etməyə başlayırsınız".

Mahmassani deyir ki, avtomobil sənayesi xərcləri azaltmaq adına tədarük zəncirlərini optimallaşdırmaq üçün 20 il sərf edib: "Bizim hiper optimallaşdırılmış təchizat zəncirlərimiz var və bu o deməkdir ki, çox az boşluq qalıb. Əgər ortada boşluq yoxdursa qlobal təchizat zəncirinin pozulması ilə məşğul ola bilmirsiniz. Beləliklə biz sistemi aşağı qiymətlər və səmərəlilik üçün dizayn etdik. Nəticədə isə bununla da dözümlülüyü itirmişik".

Və əlbbəttə ki, pul. Elektron komponentlərin paylanması ilə məşğul olan bir Avropa şirkətinin bölməsi olan Avnet Silica bildirir ki, avtomobil istehsalçıları pandemiyanın başlayandan indiyə qədər 500 milyard dollardan çox gəlir itirib. Bu da Bill Volş kimi dillerlərin satışlarının azalması deməkdir "Biz ümumi satışlarımızdan ayda yəqin ki, 200 ədədin yox olduğunu gördük".

Volş deyir ki, onun dilerini təchiz edən istehsalçılar təchizat zəncirlərini yenidən qurmağa çalışsalar da, problemlərin tezliklə bitməyəcəyi barədə xəbərdarlıq edirlər

"İstehsalçıdan asılı olaraq... 2023, 2024, 2025 -ci illərdə COVID-dən əvvəl malik olduğunuz inventar səviyyələrinə sahib olacağımızı heç bir halda gözləməyin" deyə o xəbərdarlıq edir.

Potensial müştərilər inventarın gəlişini gözləyir və istədikləri avtomobili tapdıqdan sonra ona daha çox pul ödəyəcəklər. ABŞ-da təkcə qiymətlər deyil, kreditlər üçün faiz dərəcələri də son 40 ildə ən yüksək həddə çatıb.

XS
SM
MD
LG