Accessibility links

Bakı gömrüyü ton yarım nərə balığının ölkəyə gətirilməsinin qarşısını alıb


Bakı Baş Gömrük İdarəsi bir ton yarıma yaxın nərə balığının qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yanvarın 12-də yaydığı məlumatda deyilir.

Qaçaq mal Qazaxıstanın Aktau limanından Bakıya "Merkuri-1" gəmisində qayıdan Azərbaycan vətəndaşı Ramin Məmmədovun idarə etdiyi Kamaz markalı yük maşınında aşkar edilib.

Gizlədilmiş nərə balıqları Bakı Dəniz Limanında baxış zamanı aşkar edilib.

Faktla bağlı istintaq başlayıb.

Nərə balıqları Qırmızı Kitaba daxil edilib və onların tutulması beynəlxalq konvensiyalarla qadağan edilib və milli normalarla ciddi şəkildə nizamlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG