Accessibility links

DGK rəhbəri: “Gömrük xidməti sahibkarlarla münasibətlərini şəffaf və qanun çərçivəsində qurur


Gömrük xidməti işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərlyi yanvarın 29-da 2015-ci ildəki fəaliyyətin yekunlarına və qarşıdakı ildə vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirib. İclasda xarici iqtisadi əlaqələrin iştirakçılarının bu qurumla qarşılıqlı münasibətlərdə üzləşdikləri problemlərə toxunulub.

DGK sədri Aydın Əliyev deyib ki, gömrük orqanları fiskal fəaliyyətdən tutmuş hüquq-mühafizə fəaliyyətinə qədər geniş funksiyaları yerinə yetirirlər və onların öhdəsindən lazımi səviyyədə gəlirlər. Sahibkarlarla münasibətlər şəffaf və qanun çərçivəsində qurulur.

Bəzi ekspertlərin təklif etdikləri kimi hökumətin fiskal və iqtisadi blokunda institusional islahatlar ilə bağlı Turan agentliyinin sualının cavabında A.Əliyev deyib ki, DGK bundan sonra da hökumətin ayrıca subyekti kimi öz funksiyasını yerinə yetirəcək.

“Dövlət büdcəsindən DGK-ya yalnız əmək haqlarının ödənilməsi üçün vəsait ayrılır. Qurumun satınalmaları onun büdcədənkənar fondunun hesabına həyata keçirilir”.

2016-cı il yanvarın 1-dən “Azərbaycan iqtisadiyyatındakı proseslərlə əlaqədar” DGK yerli bazarın proteksiyasından imtina edib və yeni gömrük siyasətinə - malların sərbəst hərəkətinə keçib. “Gömrük sənədləşdirilməsi üçün gömrük yük bəyannaməsinin, invoys və s. sənədlərin təqdim olunması yetərlidir və proses iki saat yarım ərzində başa çatır”, DGT rəhbəri qeyd edib.

A.Əliyev rəhbərlik etdiyi qurumun sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növlərinə və mal idxalına inhisarı birbaşa dəstəkləməsini inkar edib və mal gətirilməsinə süni əngəllərin yaradılması barədə mətbuatda yayılan xəbərlərlə razılaşmayıb.

“Yazırlar ki, gömrük brokerləri və digər vasitəçi strukturlar bu cür işlərlə məşğul olur. Lakin məsələ bundadır ki, bu qurumlar bütün ölkələrdə var və biz onlarla münasibətlərə yenidən baxa bilmərik. Odur ki, sahibkarlar malların bəyan edilməsi üçün birbaşa yerli gömrük orqanlarına müraciət edə bilər”, DGK sədri vurğulayıb.

O həmçinin gömrükdə maneələrin olmasından şikayətlənən sahibkarların narazılığı ilə razılaşmayıb. Deyib ki, indiyədək heç bir yük gömrük sərhədində qalmayıb. A.Əliyev anlaşılmazlıq yarandığı halda qurumun saytı vasitəsilə birbaşa ona müraciət olunmasını təklif edib. Komitə sədrinin sözlərinə görə, bu ilin yanvarında onun elektron poçtuna 880 müraciət daxil olub ki, bunun da yalnız 20-30-u şikayətdir.

Eyni zamanda yerli bazar və istehsalçılar müxtəlif iqtisadi alətlər vasitəsilə qorunacaq.

A.Əliyev qeyd edib ki, ölkənin kənd təsərrüfatı məhsulları istehsalçıları qonşu ölkələrdə dempinq qiymətlərdən əziyyət çəkməməlidir. Lakin o, kənd təsərrüfatı məhsullarının, nə mövsümi, nə də Azərbaycanda istehsal edilən və şişirdilmiş qiymətə satılan məhsulların inhisarı barədə danışmayıb.

Məsələn, mətbuat banan haqda çox yazıb, lakin uzun müddət gömrük və antiinhisar xidməti jurnalistlərin iradlarını görməyib.

Xatırladaq ki, yerli ekspertlər ölkədə inflyasiyanın əsas səbəblərdən biri kimi idxalda monopoliyanı göstərir. Ölkə rəhbərləri də gömrükdə mal və məhsulların keçidinin asanlaşdırılmasının vacibliyini qeyd edib.

Öz növbəsində, yerli media gömrük keçid məntəqələrində maneələrlə bağlı çoxsaylı məqalələrlə çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG