Accessibility links

İran vətəndaşından 100 min Azərbaycan manatı götürülüb


Manat

Avqustun 4-də Azərbaycanın Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Bakı-Dubay aviareysilə getmək istəyən İran vətəndaşından 100 min Azərbaycan manatı götürüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, İran vətəndaşı aşkar edilmiş pulu gömrük bəyannaməsində qeyd etmədən aparmaq istəyib.

“Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib”, xəbərdə qeyd edilir.

Mətbuat Xidməti İran vətəndaşının kimliyi, hansı qismdə Azərbaycanda olduğu barədə məlumat vermir.

XS
SM
MD
LG