Accessibility links

Google 1,5 milyard avro cərimələnib


Avropa Komissiyası İnternetdə reklam yerləşdirilməsi və axtarış zamanı onun fərqləndirilməsində Avropanın rəqabət normalarını pozduğuna görə Google şirkətini 1,5 milyard avro cərimələyib. Şirkətlə bağlı təhqiqat 2016-cı ildə başlanıb.

Qurum üzə çıxarıb ki, 2006-cı ildən bəri şirkət rəqiblərinin reklamıyla bağlı kontraktları məhdudlaşdırıb. Bildirilir ki, Google kənar saytlarla müqavilələr bağlayaraq rəqiblərinin onların axtarış nəticələrində reklam yerləşdirməsinə imkan verməyib. Bundan başqa, korporasiya tələb edibmiş ki, onun reklamı üstün yerdə yerləşdirilsin.

Google sahibi Alphabet reklamdan böyük pullar qazanır, 2018-ci ildə gəlirləri 30,7 milyard dollara çatıb. 2017-ci ildə isə 12,66 milyard dollar idi.

2017-2018-ci illərdə Avrokomissiya Google şirkətini üst-üstə yeddi milyard avro cərimələyib, şirkətin axtarış sistemləri bazarında qaydaları pozduğu, həmçinin Android əməliyyat sistemli mobil telefonlarda tətbiqlərin qurulmasını məhdudlaşdırdığı bildirilib.

Avropanın anti-monopoliya üzrə rəhbəri Margret Vestager isə martın 20-də Google-un sözügedən məsələləri yola qoymaq üzrə cəhdlərini alqışlayıb. Belə ki, Google artıq Android istifadəçilərinə brauzer seçimi imkanı verib.

“Həm şopinq, həm də Android işində müsbət dəyişikliklər görürük”, Vestager deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG