Accessibility links

Google Azərbaycanda öz serverlərini yerləşdirəcək


Google Azərbaycanda öz serverlərini yerləşdirəcək
Google Azərbaycanda öz serverlərini yerləşdirəcək

Delta Telecom - Qafqazda aparıcı telekommunikasiya operatorudur. Delta Telecoma regionun iri Internet Backbone şəbəkəsi məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması Azərbaycanın bütün internet provayderlərinə və Gürcüstan provayderlərinin 78%-dən artığına professional xidmət göstərir.

Google axtarış sisteminin serverləri Delta Telecom şirkəti tərəfindən Azərbaycanın maqistral (backbone) provayderinin Data-mərkəzində yerləşdiriləcək. Delta Telecomda hesab edirlər ki, Google-nin regional resurslarının Delta Telekomun Data-mərkəzində yerləşdirilməsi azərbaycanlı istifadəçilər üçün axtarışın keyfiyyəti və sürətini artırmağa imkan verəcək, şirkətin xərclərini 15% azaldacaq, çünki provayder artıq tranzit trafiki xərclərini ödəməyəcək. Bu barədə Turan agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Delta Telecom - Qafqazda aparıcı telekommunikasiya operatorudur. Delta Telecoma regionun iri Internet Backbone şəbəkəsi məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması Azərbaycanın bütün internet provayderlərinə və Gürcüstan provayderlərinin 78%-dən artığına professional xidmət göstərir. Delta Telecomun DWDM şəbəkəsinin infrastrukturu bütün regional mərkəzlər və beynəlxalq çıxışları əhatə edir. Qonşu ölkələrlə rabitə kanallarının tutumu bir necə onluq Qb/saniyəyə çatıb. Mobil rabitə operatorları, provayder, bank və böyük sayda kommersiya təşkilatları üçün lokal Backhauling xidmətlərinin 87%-dən artığı DWDM/SDH infrastrukturla təmin edilir. Carrier Ethernet və Metro Ethernet şəbəkələrinin infrastrukturu korporativ şəbəkələr, məlumatların ötürülməsi xidməti, professional IP/MPLS xidmətlərini sığışdıra bilir. Bu şəbəkə infrastrukturu - yerli ISPs üçün Backbone xidmətlərinin ötürülməsində əsas IP həllidir. Regionlarda və çətin dağlıq ərazilərdə İKT-nin inkişafı üçün Delta Telekomun Backbone peyk xidmətləri daha çevik həlldir. DVB-RCS texnologiyalara əsaslanan platforma dağlıq regionlarda yüzlərlə kəndə professional telefon xidmətləri göstərir. Yerüstü infrastukturlar üçün əlçatmaz olan üç mindən artıq VSAT stansuya yüksəksürətli internet, məlumatların ötürülməsi və telefon xidmətlərini təmin edir.

XS
SM
MD
LG