Accessibility links

Internet dövründə insanlarla təmas ictimai diplomatiyanın əsasıdır


Internet dövründə insanlarla təmas ictimai diplomatiyanın əsasıdır
Internet dövründə insanlarla təmas ictimai diplomatiyanın əsasıdır

“Qüdrət və nüfuzun bir çoxlarına məxsus olduğu bu dünyada insanlarla daha sıx təmas qurulmalıdır”. Bu, ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Cudit Makheylin Nyu-York şəhərinin Xarici Əlaqələr şöbəsində etdiyi çıxışından bir hissədir. O deyib ki, internet dövründə bu, ictimai diplomatiyanın əsasıdır.

Bəşəriyyət tarixində qüdrət bir necə yüksək səviyyəli fərdlərdən başlayaraq, sistematik sosial kontrol piramidası şəklində olub. İnternet dövründə piramida şəklini dəyişib. İndi piramida yuxarıdan genişlənərək, aşağıya doğru bir nöqtədə cəmləşir. Qüdrətin alt-üst olmasına gələcəklərini özlərinin müəyyən etməsi və səslərinin eşidilməsini istəyən insanların artması yol açıb. “İlərdir xarici icmalara siyasət və ya iqtisadiyyat gözü ilə baxılıb”-deyə dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini bildirib. Cudit Makheyl deyib ki, piramidanın zirvəsinə həmişə siyasi, hərbi və işçi qüvvəsinin liderləri, habelə iqtisadi elita deyə baxılıb. Bu, gənclər, bu sahələrlə əlaqəsi olmayanlar, işsizlər və bu kateqoriyalara daxil olmayanlara qarşı biganəlik deməkdir. Bu, dünya boyu dəyişikliklərə səbəb olanlara qarşı biganəlik deməkdir.

Dünyada bir çox ekstremist və ekstremist qruplar var ki, asanlıqla qanunvericilikdə öz ideyalarını tətbiq edə bilir. “Problemlər bizdə belə bir sual yaradır. Bu mürəkkəb mühitə necə davam gətirməli, necə cavab verilməlidir? Cavab sadədir-İctimai diplomatiyanı fikir marketlərinə çıxarmaqla”.

ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Cudit Makheyl deyib ki, əgər biz müzakirələrin bir hissəsi olmaq istəyiriksə, hər saat, hər an onlara üz tutmalıyıq.”Fikir marketində olmaq fəallar və icmaların platformaları və ideyalarından istifadə etmək deməkdir. Bu, qlobal media ilə sıx əlaqədə olmaq, qeyri-dürüst məlumatlara yol verməmək deməkdir. Biz haqda danışanlara özümüz haqda məlumat verməliyik”-deyə Cudit Makheyl bildirib.

XS
SM
MD
LG