Accessibility links

Google əməkdaşları şirkətin Çinə qayıdışını nəzərdə gizli plana etiraz edir [Video]


Google əməkdaşları şirkətin Çinə qayıdışını nəzərdə tutan gizli plana etiraz edir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Google əməkdaşları şirkətin Çinə qayıdışını nəzərdə gizli plana etiraz edir

Google-un yüzlərlə əməkdaşı şirkətin gizli olaraq Çin üçün senzura edilmiş axtarış sistemi hazırlamaq qərarından məyusdur. Mənbələr kod adı Dragonfly olan bu layihənin müəyyən saytları və axtarış terminlərini blok etmək üçün hazırlandığını bildirir.

New York Times qəzetinin verdiyi məlumatda bildirilir ki, layihənin şəffaflığı və hesabatlılığı üçün minlərlə imza toplanılıb.

Şirkət rəsmiləri Dragonfly ilə bağlı hələlik heç bir şərh verməyib.

Lakin Reuters agentliyinin gördüyü sənəddə Google-un rəhbəri Sandar Puçeyi işçilərə şirkətin Çinə qayıdıb-qayıtmayacağının məlum olmadığını, bununla bərabər layihənin hələ çox erkən mərhələdə olduğunu və hər hansı məlumatın paylaşılması problemlər yarada biləcəyi dediyi qeyd edilir.

Bu söz-söhbətlər Associated Press agentliyinini verdiyi məlumata əsasən şirkətin istifadəçilərin icazəsi olmadan onların hərəkətini izlədiyi haqqında xəbərlər zamanı baş verir.

Google Maps kimi mobil əlavələr istifadəçilərə istədikləri yerlərə getmək imkanı yaradır. Lakin bunu etmək üçün şirkət istifadəçilərindən icazə istəyir. Xəbərdə isə qeyd edilir ki, Google icazə olmadan istifadəçilərin getdiyi və olduqları yerləri izləməyə davam edir. Bu, Android cihazları və ya iPhone vasitəsilə Google Maps istifadə edən hər bir şəxsə aiddir.

Frederike Kaltheuner, Privacy International: “Mobil əlavələrin çoxuna çalışmaları üçün istifadəçinin yeri haqqında məlumat lazımdır. Lakin sən bunu necə edəcəyin haqqında istifadəçilərə öncədən məlumat verməli və istifadəçilərin bunadan imtina etməsi üçün imkan verməlisən. Problem ondadır ki, şirkətlər sənin yerini biləndə sənə təsir etmələri də asan olur.”

Bu isə smartfon istifadəçiləri arasında narahatlıqlara səbəb olub.

Didem Dayanç, Smartfon istifadəçisi: “Düşünmürəm ki, onların icazəsiz məlumat toplamaq hüquqları var.”

Rozelin Bartolazo, Smartfon istifadəçisi: “İcazə olmadan bunu etməməlidirlər. İcazə verildiyi halda isə bu normaldır.”

Smatfon istifaçilərinin sayı artdıqca, belə təhlükəsizlik məsələləri insanlar arasında getdikcə artan narahatlıqlardan birinə çevrilir.

XS
SM
MD
LG