Accessibility links

Google axtarış səhifəsi Hollivudun əfsanəvi kostyum dizaynerini tərənnüm edir


Google axtarış səhifəsi oktyabrın 28-i Hollivudun əfsanəvi kostyum dizayneri Edit Headi tərənnüm edir. Google səhifəsində Edit Headin yaratdığı altı geyim dizaynından ibarət dekorasiyalar qarşısında dayandığı görüntü yerləşdirilib. Hollivudun ən tanımış kostyum dizaynerinin bu gün anadan olmasının 116-cı ildüönümüdür.

Edit Head
Edit Head
Edit Head 1897-ci ildə Kaliforniyada anadan olub. O, 1924-cü ildə “Paramaunt Pictures” kino-studiyasının kostyum departamentində işə düzəlib və 43 il burada çalışıb. Bundan sonra o, “Universal Pictures” kino-studiyasında işləyib.



Hollivudun kostyum dizayneri kimi fəaliyyəti dövrü o, 35 dəfə Oskar mükafatına nominasiya edilib.
Tippi Hedrin Hiçkokun "Quşlar" filmində
Tippi Hedrin Hiçkokun "Quşlar" filmində
Edit Headin yaradıcılığının qızıl dövrü 1950-1960-cı illərə təsadüf edir. Bu, Hollivudda Odri Hepbern, Qreys Kelli, Elizabet Teylor və Sofi Loren kimi mükəmməl gözəlliyi ilə məşhurlaşmış super ulduzların yaradıcılığının zirvə dövrü idi.



Onun bu dövrdə yaratdığı kostyumlar dəfələrlə Oskara nominasiya olmuş və rekord sayda-8 dəfə kino sənətinin ən yüksək mükafatına layiq görülmüşdü. Bu filmlər arasında Odri Hepbernin çəkildiyi romantik “Sabrina” və “Roma tətilləri” ilə yanaşı Alfred Hiçkokun “Quşlar”, “Vertiqo”(“Başgicəllənmə”) və “Həyətə açılan pəncərə” kimi detektiv janrında bütün dövrlərin ən yaxşı filmləri kateqoriyasına aid edilən kino-ekran əsərləri olub.

Odri Hepbern "Roma tətilləri" filmində
Odri Hepbern "Roma tətilləri" filmində
Edit Head kostyum dizayneri kimi yüksək moda və kutürye dizaynerlərin Hollivuda və böyük ekrana gəlişindən əvvəl fəaliyyət göstərməyə başlayıb.
Aktrisa Odri Hepbernin “Sabrina” və “Breakfast at Tiffany’s” romantik komediyasında geydiyi kostyumlar və dəstlər Edit Head və fransız moda dizayneri Huber Jivanşi arasında əməkdaşlığın nəticəsində hazırlanmışdı. Bu, eyni zamanda yüksək modanın Hollivud ekranlarına gəlişindən xəbər verirdi.

Odri Hepbern
Odri Hepbern
Edit Head 1981-ci ildə 83 yaşında dünyasını dəyişib. Onun unudulmaz kino-ekran qəhrəmanları üçün yaratdığı geyimlər bu gün də Hollivudda kostyum dizaynerlərinə ilham verməyə davam edir.

Edit Head və Sofi Loren
Edit Head və Sofi Loren
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG