Accessibility links

Autizmli uşaqlara yardım edən Google Eynəyi [Video]


Autizmli uşaqlara yardım edən Google Eynəyi
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Autizm Cəmiyyəti dünya əhalisinin bir faizinin autizmli olduğu təxmin edir. Xəstəlik insanın başqaları ilə ünsiyyət qurmasına və emosiyalara reaksiya verməsinə təsir göstərir. Lakin Google Glass üçün tərtib olunan yeni applikasiya onlara yardım edə bilər.

Culian Braun autizmlidir. O, insanların emosiyalarını anlamaqda çətinlik çəkir.

Google Glasses -Google Eynəyi
Google Glasses -Google Eynəyi

Lakin Google Eynəyinin yeni applikasiyası ona bu emosiyaları dərk etməyə yardım edir.

“İnsanın ağlından keçənləri oxuyacaq cihaz mövcud deyil. Amma bu, sizin emosiyalarınızı müəyyən edə bilir”, deyə Culian bildirir.

Applikasiya Kaliforniyada yerləşən Stanford Universitetinin Tibb Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanıb.

“Autizm Eynəyi proqramı autizmli uşaqlara üz ifadələrinin nə ifadə etdiyini anlamağa yardım edir. Biz inanırıq ki, belə olanda, onlar sosial cəhətdən daha aktiv olur və sosial ortamlarda özlərinə daha böyük inam qazanırlar”, tədqiqatçı Dennic Ual söyləyir.

Applikasiya autizmli insanların anlamaqda çətinlik çəkdiyi sevinc, kədər və təəccüb hissini göstərən üz ifadələrini oxuyur.

“Biz üz ifadələrini müəyyən edib, autizmli insanlara onlar barədə məlumat verəcək applikasiya düzəltmək istəyirdik”, Autizm Eynəyi layihəsindən Katalin Voss deyir.

İnsanın ağlından keçənləri oxuyacaq cihaz mövcud deyil. Amma bu, sizin emosiyalarınızı müəyyən edə bilir.
Culian Braun

Autizmli insanların haqlarını müdafiə edənlər deyir ki, bu applikasiya autizmli insanların ehtiyaclarının bir hissəsini qarşılayır.

Culianın anası isə deyir ki, o, Culianda bəzi dəyişikliklərin olduğunu görür.

Kristen Braun: “Google eynəyi oğlumuza ailəsi ilə daha çox ünsiyyət qurmağa kömək edir. O, bizimlə daha çox danışır və bizimlə söhbət edərkən, diqqətini verib, bizdən daha çox məlumat toplamağa çalışır. Bu proqamdan öncə o, bunları etmirdi.”

Culian özü də applikasiyanı sevir.

“Məncə bu, autizmi olan insanlara çox yardım edəcək”, o deyir.

Tədqiqatçılar applikasiyanın autizmli uşaqlara necə və nə dərəcədə kömək etdiyini dəqiq öyrənməyə çalışır. Əgər, onlar müsbət nəticələr əldə etsələr, applikasiya önümüzdəki illərdə artıq satışa çıxarıla bilər.

XS
SM
MD
LG