Accessibility links

Google Küçə Görünüşü naviqator xəritə xidmətinin Almanyada tətbiq edəcək


Vətəndaşların narazılığını nəzərə alaraq İnternet nəhəngi onların evlərini ətraflı görüntüdə tanınmaz ediləcək

Google dövlət rəsmiləri ilə razılıq əldə edəndən sonra mübahisəli Küçə Görünüşü naviqator xəritə xidmətinin Almanyanın 20 şəhərində tətbiq edəcəyini bildirib. Google xəritə istifadəçilərini ev və küçələrin ətraflı görünüşünü təmin edən naviqator xəritə xidməti Almaniyada insanların xüsusi həyatına müdaxilə kimi qəbul edilməklə narazılığa səbəb olub. Bu narazılıq 2008-ci ildə şirkət kamerasının Alman küçələrinin foto şəklini çəkəndən sonra başlayıb. ABŞ-da mərkəzləşmiş İnternet nəhəngi bu gün bəyanatında, vətəndaşların narazılığını nəzərə alaraq onların evlərini ətraflı görüntüdə tanınmaz edəcəyini bildirib. Şirkət artıq xəritə xidmətinin mövcud olduğu 23 ölkədə insanların sifətlərini və avtomabil nömrələrini gözlə görünməz edib. Almanyanın təzyiqlərindən sonra Google bu ilin əvvəlində şəhər küçələrinin foto şəkilini xətsiz şəbəkələr yolu ilə çəkərək gizli məlumatlar toplanmasını dayandırmağa razı olub. O, artıq toplnamış gizli məlumatları təfil verməyə razılaşıb.

XS
SM
MD
LG