Google-ın iki sabiq mühəndisi şirkəti mühafizəkar ağ kişilərə qarşı diskriminasiya iddiası ilə məhkəməyə verib.
İtthamçılardan biri Ceyms Damor ötən il Silikon Vadisində qadın və kişilər arasındakı gender fərqi barədə yazılarına işindən kənarlaşdırılıb.
Damor və onun vəkili şikayətin Kaliforniyada verildiyini deyib.
"Bu şikayət Google və Google-ın məhsullarından istifadə edənlər, habelə şirkətin potensial işçilərinə yardım mahiyyəti daşıyır. Bu, şirkətin özünə ziyan vurmaqla yanaşı, insanları ayrı-seçkiliyə məruz qoyur " – deyə, ittihamçı bildirib.
Damor və digər mühəndis Devid Qudeman Goole-ı qadınlar və azlıqların qeyri-qanuni işə qəbul etmək kvotasına malik olduğunda günahlandırır.
Google məhkəmədə özünü müdafiə edəcəyini bildirib.