Accessibility links

İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədri ilə görüşüb


Prezident İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordla görüşüb.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

İlham Əliyev və general Cozef Danford
İlham Əliyev və general Cozef Danford

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkənin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

XS
SM
MD
LG