Accessibility links

Gözəl Bayramlının şikayətinə baxılacaq


Gözəl Bayramlı
Gözəl Bayramlı

Sentyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə bağlı verilən şikayətə baxılmalıdır.

Bu barədə müdafiə tərəfi məlumat yayıb.

Məlumatda bildirilir ki, şikayət onun doğmaları ilə telefon danışığına icazə verilməməsi ilə bağlıdır.

Bir müddət öncə müdafiə tərəfibəyan etmişdi ki, xanım siyasətçinin doğmaları ilə telefon danışıqlarına icazə verilmir.

Ancaq Ədliyə Nazirliyinin Pentensiar Xidməti bu açıqlamaya hər hansı münasibət bildirməmişdi.

Bu il mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Sonra həbs müddəti artırılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Hazırda istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

XS
SM
MD
LG