Accessibility links

Grammy düşərgəsi [Video]


Grammy düşərgəsi
please wait
Embed

No media source currently available

0:00 0:02:47 0:00

Grammy mükafatının illik təqdimatında iştirak etmək üçün hər il Amerikanın onlarla istedadlı şagirdi Los-Ancelesdəki Grammy düşərgəsinə dəvət edilir. Mərasimə bir həftə qalmış onlara düşərgədə musiqi bacarıqlarını təkmilləşdirmək və məşhur peşəkar musiqiçilərlə bir araya gəlmək imkanı yaradılır. Bu il uşaqlar İndoneziyadan Grammi mükafatı uğrunda yarışanlar arasında olan 13 yaşlı Coi Aleksandrın ətrafında toplaşıb.

Buradakı məktəblilərin çoxu Grammy orkestrinin üzvü olmaq kimi arzularına çatıb. “İnanılmazdır. Grammy mərasimindən sonrakı tədbirdə çalmaq, yəni sən “bu həqiqətdir, bu həqiqərdir” deyə düşünürsən. Buraya gələnə qədər mən buna inana bilmirdim” deyə, Grammy orkestrinin üzvü Kristian Makgi bildirir.

Ən çox da onlar dünya şöhrətli musiqiçilərlə eyni səhnəni bölüşdükləri üçün fəxr edir. Grammy-yə üç kateqoriyada nominasiya edilən Coi Aleksandrla bir yerdə çalmaq üçün onlarla istedadlı şagird Los-Ancelesin Bluewhale caz klubuna toplaşıb. Grammy orkestrinin üzvü Cef Qallanti: “Biz ballada çalırıq, yalnız o və mən. Mən trubada çalıram və bu, böyük şərəfdir. Biz 15 dəqiqə bir yerdə çalmalıyıq”

Coi bu il Caz kateqoriyasında Grammy-yə nominasiya edilən ən gənc musiqiçidir. O özünün "Countdown" ifasına görə “Caz Solo İmprovizasiyası”na nominasiya edilib. Amerikanın Səsinə müsahibəsi zamanı Coi öz yaşıdları ilə çalmağın xoşuna gəldiyini deyib. “Mənim fikrimcə onlar gözəl musiqiçilərdir və mən onblarla birlikdə çalmağı səbirsizliklə gözləyirəm. Öz yaşıdlarımla birlikdə ifa etməyimdən qürur duyuram.”

Grammy düşərgəsi Grammy Fondu tərəfindən yaradılıb. Düşərgənin icraçı direktoru David Sirs deyir ki, proqramda Birləşmiş Ştatlar şagirdlərinin iştirakı nəzərdə tutulsa da, gələcəkdə buraya xarici ölkə şagirdlərini də cəlb edilməsi planlaşdırılır. “Bu mümkündür, bunu etmək olar. Lakin bu, sponsorlardan, büdcədən, yəni maliyyədən asılıdır. Biz fəaliiyətimizin genuişləndirilməsi ilə bağlı müzakirələr edirik.”

İfa imkanlarından əlavə bu gənc musiqiçilər təqaüd alır və onların öz albomlarını buraxmaq imkanı olur. Bundan əlavə onlar Grammy mükafatı mərasimində iştirak etmək üçün dəvətnamə əldə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG