Accessibility links

Yunanıstan Türkiyəyə xəbərdarlıq edib


Yunanıstan Türkiyənin düşmən adlandırdığı planlarına qarşı suverenliyini müdafiə etmək üçün bütün diplomatik və hərbi gücünü işə salmağa hazır olduğu barədə xəbərdarlıq edib.

Xəbərdarlıq Türkiyənin bu yaxınlarda Liviyanın bölünmüş hökumətinin biri ilə imzaladığı mübahisəli enerji sazişindən sonra edilib. Lakin iki NATO müttəfiqi arasında son vaxtlar artan gərginlik nəzarətdən çıxa və hərbi ittifaqda sabitliyi poza biləcək böhrana səbəb ola bilər.

Yunanıstan parlamentində çıxış edən Baş nazir Kiriakos Mitsotakis Türkiyəyə məntiqə qayıtmağı tövsiyə edib. Əks halda o, Ankaranın artan təcavüzü və Yunanıstanın öz ərazisi hesab etdiyi ərazilərə nəzarət iddiasını dayandırılacağı barədə xəbərdarlıq edib.

Yunanıstan lideri deyib ki, coğrafiyanın dəyişdirilməsi və ya təhrif edilməsi qərarı bir insanın istəyi ilə dəyişmir. Mitsotakis Yunanıstanın sərhədlərinin özünə məxsus olduğunu deyib. Onun dediyinə görə, sərhədləri həm silahlı qüvvələri, həm də güclü diplomatik müttəfiqləri tərəfindən müdafiə olunmağa hazırdır.

Yunanıstan və Türkiyə çoxdankı düşmənlərdir. Eyni zamanda onlar NATO müttəfiqləridir. Münasibətlər onilliklər ərzində tez-tez hava və dəniz hüquqlarına görə ya soyuyub, ya da istiləşib.

Yunanıstandan təhdidlər Türkiyənin bu yaxınlarda Liviyanın iki rəqib administrasiyasından biri ilə Yunanıstan və digər ölkələrin, o cümlədən Misir və Kiprin də iddia etdiyi sularda onsuz da mübahisəli enerji əməkdaşlığına hüquqlar verən müqavilə imzalamasından sonra gəlir.

XS
SM
MD
LG