Accessibility links

Türkiyənin Xarici İşlər naziri Yunanıstana səfər edib


Türkiyənin Xarici İşlər naziri Yunanıstana səfər edib
Türkiyənin Xarici İşlər naziri Yunanıstana səfər edib

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Yunanıstana səfəri çərçivəsində bu gün Afinada baş naziri və xarici işlər naziri ilə görüşüb. Davutoğlunun yunan həmkarı Dimitrios Droutsas və baş nazir Corc Papandreu ilə apardığı danışıqlar zamanı Liviyada vəziyyət müzakirə edilib. Tərəflər arasında müzakirələr zamanı habelə Egey dənizinin delimitasiyası da daxil olmaqla, bir sıra regional məsələlər yer alıb.

XS
SM
MD
LG