Accessibility links

Yunanıstanda 1973-cü il qiyamının ildönümü yürüş keçirilib


Minlərlə yunan bazar günü 1973-cü ildə baş vermiş tələbə qiyamının ildönümünü qeyd etmək üçün Afinanın mərkəzi yolu ilə dinc yürüş keçirib.

Bu yaxınlarda mühafizəkar Kiriakos Mitsotakis hökuməti tərəfindən mübahisəli sığınacaq hüququnun ləğvindən sonra bu ilk yürüş olub. Qanun polisin universitetlərə girməsini qadağan edirdi, amma hazırkı hökumət universitetlərin zorakılıq və narkotik ticarəti kimi qanunsuz fəaliyyətlərin yuvasına çevrildiyini iddia edərək qanunun köhnəldiyini söyləyib.

Polisin bu ayın əvvəlində bir universitetə girərək hücumlar və nümayişlər üçün istifadə edilə biləcəyini deyərək, motosiklet dəbilqələri, üz maskaları və yanğınsöndürənləri müsadirə etməsi tələbələrin etirazlarına səbəb olub və ertəsi gün polislə toqquşmalar baş verib.

"Politexnik universiteti hər zamankından daha aktualdır. Hökumətin son həftələr həyata keçirdiyi təzyiqlər siyasi sığınacaq, təhsil hüququ və gənclərin əsas hüquq və azadlıqları kimi təməl tələbə hüquqlarına qarşı hücumlar bu gün də suallar yaradır"- deyə, Yunanıstan Universitetinin tələbəsi Marios Nathanailidis bildirib.

Bazar günü Afinaya 5 minə yaxın polis əməkdaşı yerləşdirilib.

Polis yürüşün ardından bir çox həbslərin olduğunu və onların əksəriyyətinin tanınmış bir anarxist və əks-mədəniyyət ocağı olan Ekzarxiya bölgəsində olduqlarını bildirib.

Tələbələr 1967-1974-cü illərdə Yunanıstanı idarə edən hərbi xuntanı dəstəkləyən Politexnik Universitetindən ABŞ səfirliyinə yürüş ediblər.

Etirazları dayandırmaq üçün xuntanın hərbçilərlə tankları göndərməsi onlarla tələbənin ölümü ilə nəticələnmişdi və xuntanın növbəti il süqutuna gətirib çıxarmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG