Accessibility links

"Green Book" - "Yaşıl kitab" filmi


"Green Book" - "Yaşıl kitab" filmi
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Rejissor Piter Farellinin “Green Book” – “Yaşıl kitab” filmi tamamilə müxtəlif təbəqələrdən olan iki şəxsin, məşhur afro-amerikalı pianoçu ilə Nyu-York şəhərindən olan italyan mənşəli gözətçi arasındakı dostluqdan danışır. Onların dostluğu 1960-cı illərdə Amerikanın cənubunda konsert turu zamanı, afro-amerikalıların Cim Krou ərazisində təhlükəsiz səyahət etmələri üçün yazılan “Yaşıl kitab” adlı kitabçadan istifadə edərkən başlayıb.

Viqo Mortensonun oynadığı nyu-yorklu gözətçi Toni Vallelonqa və ya Toni Lip Manhettandan olan afro-amerikalı musiqiçi Dan Şerlinin qaradərililər üçün təhlükəsiz olmayan uzaq cənubda konsert turu zamanı həm sürücüsü olmalıdır, həm də təhlükəsizliyini qorumalıdır. Buna görə də onlar təhlükəsiz səyahət etmək üçün yazılan “Yaşıl kitab” adlı kitabçadan istifadə edirlər. Mahersala Əli: ""Yaşıl kitab" qaradərili sürücülər üçün yazılan kitaba istinad edilib."

"Bu kitabçadan qaradərililər 60-cı illərdə cənuba səyahət edərkən istifadə edib" - deyə, aktrisa Oktaviya Spenser bildirir.

“Yaşıl kitab” 1936-cı ildən 66-cı ilə qədər hər il nəşr edilib. Kitabda afro-amerikalılara münasibət nisbətən yaxşı olan yerlər və xidmətlər göstərilir. Kitabdakı məsləhətlərin faydasına baxmayaraq, bu kitab səfərdə olan iki nəfəri təqiblərdən, hətta hənsxanadan belə qoruya bilmir.

Filmin ssenari müəllifi, Toni Lipin oğlu Nik Vallelonqa atasının ona danışdığı hekayəni qələmə alıb. O hətta Toni Lipin səfərdə olarkən həyat yoldaşı Dolorisə yazdığı əsl məktublardan istifadə edib.

Kinorejissor Piter Farelli deyir ki, real həyat hekayəsi üzərində çəkilən bu film tanınmış bir müsiqiçi ilə kobud bir sürücü arasındakı əsl dostluqdan danışır. Onun sözlərinə görə, aparıcı aktyorlar biri-digərini başa düşmək və dostluğun təsvir olunmasında mükəmməl bir tarazlıq yaradıb. “Mən bilirdim ki, nə olursa olsun, bu il bu filmdə oynayan iki aktyordan yaxşı aktyor olmayacaq. Onların ikisi də əladır.”

Bəziləri Farellini qaranlıqları və kitabda açıq yazılan hadisələrə geniş yer vermədiyinə görə tənqid edir. Onlar deyir ki, kitab qanuni ayrı-seçkiliyin yayılmasının təkcə cənubda deyil, şimalda da otuz il faydalılığını göstərir. Əsər əslində Nyu-York bölgəsini nəzərdə tutur.

Lakin rejissor hesab edir ki, filmdə ürək ağrıdan yüngüllük dəhşətli ayrı-seçkiliklə tarazlıq yaradır. O deyir ki, əsl həyat hekayəsi və dostluq bəşəriyyətin universal anlaşmasının göstəricisidir.

XS
SM
MD
LG