Accessibility links

'Green Card' lotereyasına verilən sənədlər itib, yenidən təqdim olunmalıdır


"Green Card" lotereyası kimi tanınan ABŞ Müxtəliflik Viza Proqramı çərçivəsində 3-10 oktyabr tarixləri arasında təqdim olunmuş bütün applikasiyalar texniki nasazlıq üzündən itib.

Bu vaxtlarda applikasiya doldurmuş adamlara yenidən sənəd təqdim etmək tövsiyə olunur.

Texniki problem aradan qaldırlıb və tam yeni sənədvermə periodu çərşənbə günü 2017-ci il, 18 oktyabrda Nyu York vaxtilə 12:00-da başlanacaq, və proqram 22 noyabr Nyu York vaxtilə 12:00-adək sürəcək.

“3-10 oktyabr tarixlərində təqdim olunmuş bütün applikasiyalar etibarsızdır və sistemdən xaric olunub. Onlar duplikat applikasiya sayılmayacaq,” ABŞ Dövlət Departamentinin vebsaytında deyilir.

Proqrama təkrar applikasiyalar verən adamlar bir qayda olaraq diskfvalifikasiya edilir.

“Texniki problem aradan qaldırlıb və tam yeni sənədvermə periodu çərşənbə günü 2017-ci il, 18 oktyabrda Nyu York vaxtilə 12:00-da başlanacaq, və proqram 22 noyabr Nyu York vaxtilə 12:00-adək sürəcək.” Vebsayt applijkantlara oktyabrın 3-ü və 10-u arasında verdikləri sənədə görə aldıqları təsdiq nömrələrini tullamağı tövsiyə edib.

"Green Card" kimi tanınan daimi yaşayış vəsiqəsi mühacirlərə ABŞ-da daimi yaşayış və nəhayət vətəndaş olmaq hüququ bəxş edir.
"Green Card" kimi tanınan daimi yaşayış vəsiqəsi mühacirlərə ABŞ-da daimi yaşayış və nəhayət vətəndaş olmaq hüququ bəxş edir.

Applikantlara "Green Card" lotereyası ilə bağlı məlumat almaq üçün dvlottery.gov vebsaytını izləmək tövsiyə olunur.

“Biz öz səfirliklərimiz və konsulluqarımızdan istifadə edərək potensial applikantları yeni registrasiya periodu haqda məlumatlandırmaqda davam edəcəyik,” deyə proqram sözçüsü Pooja Jhunjhunvala Amerikanın Səsinə yazdığı email-də bildirib.

Lotereya qaydaları applikantdan yalnız orta məktəb diplomu və bir neçə il iş təcrübəsi tələb edir.

Lotereya ABŞ-da yaxın ailə üzvü yaxud işləmək imkanı, yaxud qaçqın olmayan adamlar üçün Amerikaya mühacirət etməyin yeganə yoludur. Lotereya qaydaları applikantdan yalnız orta məktəb diplomu və bir neçə il iş təcrübəsi tələb edir.

2015-ci ildə ABŞ-a immiqrant vizası ilə daxil olan yarım milyondan çox adam arasında 48,097-ni 'green card' lotereyası udanlar təşkil edib.

XS
SM
MD
LG