Accessibility links

Green Card lotereyasına müraciət edə bilərsiniz


DV Lottery
DV Lottery

Qarşıdakı bir ay ərzində 8 milyon insanın iştirak edəcəyi gözlənilir, siz də qatılın

Hər il milyonlarla insan Amerika Birləşmiş Ştatlarında daimi yaşayış hüququ qazanmaq üçün Green Card lotereyasında bəxtlərini sınayır. Artıq bir neçə gündür ki, rəsmi adı “Müxtəliflik Viza Proqramı” olan lotoreyanın Dövlət Departamentinin rəsmi internet səhifəsində növbəti qeydiyyatına start verilib.

2014-cü il “Müxtəliflik Viza Proqramı”nda iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 2-i günorta saat 12-dən noyabrın 3-ü, bazar günü günorta saat 12-yə qədər davam edəcək.

Keçən il 8 miliyona yaxın insan məlumatlarını daxil etmişdi. Bu il də bu qədər insanın iştirak edəcəyi gözlənilir. Bu insanlardan yalnız 55 min nəfəri qarışıq seçim – lotereya nəticəsində müəyyən olunacaq.

Oxucularımızın nəzərinə çatdıraq ki, Green Card lotereyasına müraciət tam pulsuzdur. Lotereyanın veb səhifəsi "www.dvlottery.state.gov"-a daxil olub, tələb olan məlumatları yazmağınız yetərlidir. Müraciət üçün habelə sizin elektron formatda pasport üçün şəkliniz (600x600px) tələb olunur. Lotereyada iştirak etmək üçün bütün təlimatları veb səhifədən əldə edə bilərsiniz.
XS
SM
MD
LG