Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) təşkilatın rəsmi dilinin rus dilindən ingilis dili ilə dəyişdirilməsi haqqında qərar qəbul edib. Bu barədə Twitter -də Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“GUAM-da sədrliyi qəbul edirəm. Onu yeni məzmunla tamamlamaq lazımdır. Başlanğıc üçün iclasları rus dilində deyil, ingilis dilində keçirməyi təklif etdim. Hamı dəstəklədi”, deyə Klimkin yazıb.
“GUAM baş katibi isə deyib ki, onun kompüterində kiril əlifbası quraşdırılmayıb. Buna görə hamı, necə deyərlər, on the same page”, deyə Klimkin əlavə edib.
Bu zaman Ukrayna XİN-n Twitter social şəbəkəsindəki mikrobloqunda bildirilir ki, GUAM iclası dekabrın 5-də Bazeldə (İsveçrə) keçirilir.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM – 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılıb (1999-2005-ci illərdə Özbəkistan da təşkilata daxil idi).