Accessibility links

GUAM ölkələri BMT Baş Assambleyasında geniş dəstəyə nail olub


GUAM Xarici İşlər Nazirləri Şurasının 16-ci iclası olub
GUAM Xarici İşlər Nazirləri Şurasının 16-ci iclası olub

“GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsi səsverməyə təqdim ediləcək

“Əminəm ki, “GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsi bu gün səsverməyə qoyulsa, keçərdi

GUAM ölkələri indi də təşkilat məkanında uzanan münaqişələr haqqında qətnamə layihəsini BMT Baş Assambleyasında səsverməyə çıxara bilər və bu qətnamə keçəcək.

Turan agentliyinin Dublindən verdiyi məlumata görə, bu fikri bu gün jurnalistlərlə söhbətində GUAM baş katibi Valeri Çeçelaşvili bildirib.

“Əminəm ki, “GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsi bu gün səsverməyə qoyulsa, keçərdi. Amma qətnamənin bizim əsas tərəfdaşlarımızın dəstəyi ilə qəbul edilməsi lazımdır. Biz onları bizi dəstəkləməyə razı edirik”, deyə Çeçelaşvili bildirib.

O qeyd edib ki, qətnamənin yekun mətni dekabrın 1-də GUAM Milli Əlaqələndiriciləri Şurasının iclası çərçivəsində təsdiq ediləcək və indi təşkilatın Nyu-Yorkdakı nümayəndələrinin BMT Baş Assambleyasındakı tərəfdaşlar arasında qətnaməyə maksimum dəstək cəlb etmək üçün bu mətnlə işləmək imkanı var.

GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
XS
SM
MD
LG