Accessibility links

Güclü Las-Veqas [Video]


Güclü Las Veqas
please wait
Embed

No media source currently available

0:00 0:02:15 0:00

Las-Veqas Strip adlanan məşhur küçə. Hal-hazırda bura müqəddəs sayıla biləcək yerdir.

“O qaçmadı. Digərlərinə kömək edirdi.”

Samanta Ross xalası oğlu Kvinton Robbinsi, onun heyranedici gülüşünü və səxavətli ruhunu itirdi. Samantanın digər iki dostu da hadisə zamanı həlak olublar.

“Mən qəzəbliyəm. Qışqırmaq, ağlamaq istəyirəm. Bir neçə gündür yata bilmirəm. Mənim Mandalay Bay hotelinə baxanda qışqırmağım gəlir. Yaxşı ki, o qatil ölüb.”

Amma o həm də özünü bəxtli sayır. Samantanın konsertə bilətləri var idi. Uşağı xəstələndiyindən ora gedə bilmədi. Əvəzində isə 5 yaşlı övladına 59 insanın öldürülməsini və 500-dən çox insanın yaralanmasını izah etməli oldu.

“Mən dedim ki, bunu pis adam edib və çox insan xəsarət alıb. Mən sadəcə həqiqəti dedim. Uşağın anlaya biləcəyi tərzdə…”

Armando Qonzales Kaliforniyadan sürərək, bura gəlib.

“Biz İsa Məsihə inanırıq. O isə deyir ki, mən sizə öz sülhümü verirəm. Bu bizim burada olmağımızın səbəbidir. Çünki bizim ürəyimizin sülhə ehtiyacı var.”

Mərkəzi küçə boyu düzülən kazinolarda əvvəllər fırıldaqçıları axtaran şəhər polisi indi silah axtarışındadır. Metal detektorlar iki gün ərzində bütün müştəriləri yoxlayıb. İndi isə silah üçün yalnız qolf çantalarını yoxlayırlar. Hələ də Stefen Paddokun 23 silahı öz otağına necə keçirdiyi məlum deyil.

Steysi Disni həmin odlu silahlar haqqında düşünəndə bu yaxınlarda uşaqları ilə apardığı söhbəti yadına salır.

“Bu mənim oğlanlarımı əlimdən ala bilərdi. Mənim iki oğlum var. Silahlara nifrət edirəm və onlara deyirəm ki, silahlar insanlara xəsarət yetirə bilər.”

ABŞ-ın müxtəlif yerlərində yaşayan insanlar üçün Las-Veqas qumar mərkəzidir. Bu cür faciə isə hər kəsi şəhərdəki insanlarla bir olmağa, onlara dəstək göstərməyə sövq edir.

XS
SM
MD
LG