Accessibility links

Bakıda güləşin olimpiya oyunlarından çıxarılmasına etiraz edilib [Video]


Bakıda güləşin olimpiya oyunlarından çıxarılmasına etiraz edilib
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Bakıda güləşin olimpiya oyunlarından çıxarılmasına etiraz edilib

Sentyabrın 5-də Bakıda idmançılar etiraz aksiyası keçirib

Bakıda “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” şüarı ilə aksiya keçirilib. İdmançılar Yay Olimpiya Oyunlarından güləş növünün çıxarılmasına etiraz edib.

Aksiyada Azərbaycanın Olimpiya Komitəsinin, Güləş Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, güləş üzrə dünya, olimpiya və Avropa çempionları iştirak edib.

Aksiyada Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə və İcraiyyə Komitəsinə müraciət oxunub.

“Güləş idman növünün olimpiya oyunları sırasından çıxarılması barədə xəbər Azərbaycan idmançılarını məyus edib. Məsələyə yenidən baxılmasını və güləşin olimpiya oyunlarından çıxarılmaması barədə qərar verməyinizi xahiş edirik. Güləş dünyanın bir çox xalqlarının milli ənənəsidir”, sənəddə qeyd edilir.

Azərbaycanın güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev Amerikanın Səsinə bildirib ki, güləş olimpiya oyunlarından çıxarılarsa Azərbaycan idmançıları bütün mükafatlarından imtina edə bilər.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı tövsiyə edib.

Olimpiadanın proqramına dair yekun qərar BOK-un sentyabrda Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında qəbul ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG