Müharibənin buraxdığı emosional izləri aradan qaldırmaq üçün psixoloji dəstəyə ehtiyac var. Bəzi fiziki yaraların üstünü bağlmaq üçün isə rəssam məharəti tələb olunur.
Qüdsün İsrail muzeyində qədim əsərlər fonunda, İsrail ordusunun keçmiş əsgər bədəninə tatu etdirir. Ancaq bu tatu sadəcə gözəllik üçün deyil. Dəri üzərində "bu sənət əsəri” döyüş izlərinin üstünü örtəcək.
“Bu yaraların üstünə tatu etməklə, biz mümkün qədər o ağrılı xatirələrin silinəcəyinə ümid edirik.”
Layihə "Artists 4 Israel" qrupunun üzvü Kreq Derşovits tərəfindən yaradılıb.
Bu əsgərin bədəninə güllə dəyib və o izin üstünü göyərçinlərə atılan güllə şəkli ilə bağlamaq istəyir.
“Bizim onun bədənində yaraların izini bağlayacaq tatu edə bilməmiz post-travmatik zədələrin sağalmasına kömək edə bilər. Bu isə çox vacibdir və bununla insanlara yardım edilir.”
"Artists 4 Israel" qrupunun rəssamı Lyuk Vesman yaralıların aldıqları fiziki və emosional travmalardan sağalıb qürur hissi keçirə biləcəklərinə yardım etməyə ümid edir.