Accessibility links

Məktəbdə qətliam silah qanunlarının sərtləşdirilməsinə dair çağırışları gücləndirib [Video]


ABŞ-da silah daşınmasına etirazlar artır
please wait

No media source currently available

0:00 0:02:50 0:00

ABŞ-da silah daşınmasına etirazlar artır

ABŞ-da silah daşınmasına etirazlar artır
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə 26 nəfərin qətlə yetirilməsindən sonra silaha nəzarət tərəfdarları Vaşinqton küçələrinə çıxaraq, silah daşınması ilə bağlı qanunun sərtləşdirilməsinə çağırıblar. Sendi Huk ibtidai məktəbinə edilən hücuma qədər qanunvericilərin çoxu silahla bağlı qanuna yenidən baxılmasına razı deyildilər.

Silahlara etiraz edən yüzlərlə insan Kapitoli binasının qarşısından Milli Silah Assosiasiyasına doğru yürüş keçirib.

Birləşmiş Ştatlar tarixində ilk dəfə məktəbə edilən ən ağır hücumdan sonra etirazçılar siyasəti kənara qoyaraq, silahla bağlı qanuna baxılmasına çağırırlar. Beverli Çempyu Merilend ştatının Rokvil şəhərindən gəlib. “Bəs indi yox, nə vaxt? 20 uşaq qətlə yetirildi. Onların müəllimləri qətlə yetirildi. İndi yoxsa, bəs nə vaxt? – deyə o, bildirir.

Keçən seçkilər zamanı silaha nəzarət kampaniyasının bölücü məsələ olduğu əsas gətirilərək, bu məsələyə toxunulmamışdı. İndi isə etirazçılar Konnektikutdakı hadisədən sonra silaha nəzarətlə bağlı fikirlərin dəyişdiyini deyirlər. Onlar president Obamanın bazar günü Nyutaunda etdiyi çıxışından ilhamlanıblar.

Prezident Obama: “Biz özümüzlə səmimi olsaq deməliyik ki, biz yetəri qədər iş görmürük. Biz dəyişiklik etməliyik.”

Milli Silah Assosiasiyasının qarşısında toplaşan etirazçılar arasında tək-tək adamlar silaha qadağa qoyulmasını istəmirlər. Bunlardan biri də Virciniya ştatından Qari Vorddur. “Əgər orada bir müəllimdə və ya direktorda silah olsaydı, bu qədər uşaq qətlə yetirilməzdi.”

Amerikanın Silahların Qeydiyyatı Təşkilatından Erik Pratt da onunla razıdır. O, deyir ki, vətəndaşlara özlərini müdafiə etmək və faciələrin qarşısını almaq üçün silah saxlamalarına icazə verilməlidir. “Əgər mənim uşağım o məktəbdə olsaydı və orada mən və ya digər bir silahlı şəxs olsaydı, 911-ə zəng edib 10-15 dəqiqə polisi gözləməkdənsə, baş verənlərin qarşısını ala bilərdi.”

Silahla bağlı müzakirələrin Konqresdə gələn ilin yanvar ayında keçiriləcəyi gözlənilir. Silah əleyhdarları isə qarşıda ciddi mübarizənin gözlənildiyini deyirlər. Amma onlar əmindirlər ki, baş verən siyasi inkişaflar onları məqsədlərinə yaxınlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG