Accessibility links

Günəş enerjisi ilə çalışan fəza gəmisi Yupiterin orbitinə çatıb


Günəş enerjisi ilə çalışan fəza gəmisi 5 ildən sonra 2.8 milyard kilometrlik səyahətin tərkib hissəsi kimi Yupiterin orbitində dövrə vurmağa başlayıb.

ABŞ-ın fəza agentliyi NASA-nın Juno gəmisi dünən axşam Yupiterin cazibə qüvvəsi təsirinə düşmək üçün surətini azaldıb.

NASA-nın Kaliforniya ştatındakı Təyyarə İnkişafı Laboratoriyasında missiyaya nəzarətə edən komanda 35 dəqiqəlik manevrin uğurla başa çatmasını ayaq üstə alqışlayıblar.

İndi Juno növbəti 20 ay ərzində Günəşdən aralıda 5-ci planet olan Günəş sisteminin ən böyük planeti araşdıracaq. Araşdırmanın məqsədi alimlərə Günəş sisteminin özəyini müəyyən etməyə çalışmaq və buludla örtülmüş atmosferdə səhih üzqatına dair hər hansı dəlillər tapmaqdır.

Juno Yupiterə çatan ikinci fəza gəmisidir. NASA-nın Qalileo gəmisi 1995-2003-cü illərdə planetin ətrafında dövrə vurub. Juno-nun missiyası 2018-ci ildə başa çatacaq. Həmin vaxt fəza gəmsinin Yupiterin atmosferinə daxil olaraq məhv edilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG