Accessibility links

ABŞ-ın Milli Fəza və Kosmos Muzeyində günəş tutulmasına hazırlıq görülür [Video]


ABŞ-ın Milli Fəza və Kosmos Muzeyində günəş tutulmasına hazırlıq görülür
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Birləşmiş Ştatlar boyu insanalar günəş tutlmasına görə həyəcanlıdır. Ölkənin yalnız kiçik bir hissəsində insanlar tam günəş tutulmasının şahidi olacaq. Amma buna baxmayaraq son bir əsrdə ilk dəfə olaraq hər bir 50 ştatın sakini günəşin qismən tutulmasını izləyə biləcək. Vaşinqtonda yerləşən Fəza və Kosmos Muzeyində isə günəş tutulmasına böyük hazırlıqlar gedir.

Burada xüsusi prezentasiyalar və tədbirlər keçiriləcək. Bundan əlavə təhlükəsiz günəş teleskopları yerləşdiriləcək.
Ceneviv de Messiers

Amerikada hər kəs günəş tutulmasına görə həyəcanlıdır.

“Mən bir ildən çoxdur buna hazırlaşıram və avqustun 21-ə görə çox həyəcanlanıram”, deyə Ceneviv de Messiers bildirir.

Milli Fəza və Kosmos Muzeyinin astronomiya müətəxəssisi Ceneviv de Messisers bu ay baş verəcək günəş tutulmasını valehedici fenomen adlandırır. O deyir ki, bu xüsusi günəş tutulması olacaq, çünki Birləşmiş Ştatların bir sahilindən digər sahilinə kimi hər yerdə onu izləmək mümkün olacaq. Son 99 ildə isə belə bir şey baş verməyib.

Lakin ölkənin yalnız kiçik bir hissəsi, 14 ştatı əhatə edən 114 kilomterlik ərazidə günəşin tamamilə tutulmasına sahid olmaq mümkün olacaq. Burada, Vaşinqtonda insanlar günəşin 80 faizinin tutlmasını görəcək. Muzeydə isə bu hadisəni izləmək üçün xüsusi məntəqələr quraşdırılacaq.

“Burada xüsusi prezentasiyalar və tədbirlər keçiriləcək. Bundan əlavə təhlükəsiz günəş teleskopları yerləşdiriləcək”, De Messiers söyləyir.

Teleskopların olduğu məkanlara gedə bilməyələrə isə muzey günəş eynəkləri paylayır və onlara eynəyin təhlükəsiz istifadə qaydalarını başa salır.

İndoneziyada günəş tutulması
İndoneziyada günəş tutulması

“Eynəklərdən təhlükəsiz bir şəkildə istifadə etmək üçün, sadəcə olaraq eynəyi taxıb, günəşə baxmaq lazımdır. Amma ən əsası odur ki, bitəndə aşağı baxıb, daha sonra eynəyi çıxarmalısınız. Əks təqdirdə birbaşa günəşə baxmış olacaqsınız, bu da gözlərinizi ağrıda bilər”, deyə De Messiers bildirir.

Muzeyin vebsaytında günəş tutulmasının xüsusi eynəklər və ya teleskop olmadan izləməyin təhlükəsiz yolları izah edilir. Məsələn bir kağız parçasında deşiklər açmaq olar ki, beləcə günəş tutulmasının əksini izləmək mümkün olsun.

Avqustun 21-də günəşlə ayın eyni cizgidə olacağı anı izləmək üçün minlərlə insanın muzeyin ictimai rəsədxanasını ziyarət edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG