Accessibility links

İndianada məktəblər günəş enerjisinə keçir


Günəş enerjisi
Günəş enerjisi

ABŞ-ın Indiana ştatının Fremont şəhərinin sakinləri hər zaman günəş şualarının bolluğundan faydalanaraq öz tarlalarını isti saxlayıb, İndianın isti gölləri hər zaman çoxlu turist cəlb edib.

ABŞ Azərbaycandakı səfriliyi bildiri ki, artıq onlar günəş şualarından məktəblərin enerji ehtiyacını qarşılamaq üçün də istifadə edəcəklər. Günəş panellərinin quraşdırılmasına 3 milyon dollar vəsait xərclənəcək və prosesin sonunda Fremontun bütün məktəbləri artıq günəş enerjisi ilə təmin olunacaq. Əlavə enerji isə geri - enerji şirkətinə satılacaq. 20 il sonra məktəblər günəş panellərini özəlləşdirə biləcək və beləliklə, elektrik üçün heç bir ödəniş etməyəcəklər.

Günəş enerjisinə keçid məktəblərdə yeni diskussiyalara və məktəblilər üçün yeni təcrübəyə yol açacaq. Məktəblilər xüsusi qurulmuş sistem vasitəsilə hər gün nə qədər enerjinin istifadə olunub olunmamasını izləyə biləcəklər.

XS
SM
MD
LG