Accessibility links

İranda bir qrup türk vəkil terroru qınayan bəyanat yayıb


Vəkillər dövlətlərin terrora qarşı bərabər hərəkət etməsinin vacibliyini vurğuıayıb

İranın Azərbaycan vilayətləri, eləcə də Tehran, Əlburz və Kirman vilayətlərindən olan 44 vəkil və hüquqşünas birgə bəyanat yayaraq son vaxtlarda Ankara, İstanbul, Brüssel, Bağdad və Lahor şəhərlərində həyata keçirilən terror aktlarını qətiyyətlə qınadıqlarını ifadə ediblər.

Bu haqda Araz NewsGünaz TV veb səhifələri, həmçinin Türkiyənin Anadolu agentliyi məlumat yayıb.

“İranda bir qrup türk vəkil tərəfindən bildiri” başlığı altında türk, ingilis və fars dillərində nəşr edilmiş bəyanatda hazırda terror fəaliyyətlərinin artıq ölkələr içində milli təhdiddən beynəlxalq səviyyədə bir təhdidə çevrildiyi önə çəkilib.

Müraciətdə son vaxtlarda Türkiyə, Pakistan, İraq və Belçika kimi ölkələrdə PKK-ya bağlı qruplar, DAİŞ (İŞİD) və Taliban təşkilatları tərəfindən həyata keçirilən terror aktlarına diqqət çəkilib.

“Biz bir qrup İranın türk vəkilləri olaraq bu terrör aktları qarşısında hər növ səssiz qalmaq, ikiüzlülük etmək və ya terror aktını haqlı görənləri nə insani baxımdan, nə də qanun baxımından qəbul etməyib, bölgə və bütün dünya dövlətlərindən terror qarşısında və terrorun tanınmasında həmfikir və ortaq hərkət etmələrini istəyirik,” deyə bəyanatda terror qruplarının motivasiyasını pozmaq və onları təsirsiz hala gətirmək üçün bərabər hərəkət etməyin zəruri olduğu qeyd edilib.

Bəyanatı imzalayan vəkillər bunlardır:

Mehdi Cəfərzadə, Cəfər Əfşarniya, Raziyə Sərdari, Cavanşir Tağızadə, Saleh Heydəri, Əhməd Sarimi, Nasir Şıxzadə, Əli Əfrasiyabi, Əmirəli Bəxşi, Həmid Valayi, Rəsul Məhərrəmi, Fatma Səttari, Məhəmməd Xace, Ümid Əmani Qurbanlı, Məmmədəli Əzizi, Səid Nurpur, Məsumə Qasımi, Dilcavan Bağıri, Rza Sofyani, Əkrəm Əkbərzadə, Ehsan Ərjəng, Səccad İslami, Mehdi Aslani, Solmaz Mehriban, Bəhram Sultani, Əhəd Nikqədəm, Səməd Aləmi, Hamid Nüsrəti, Mənuçehr Süleymani, Nazila Nəcəfi, Səid Hüseynpur, Behzad Nabati, Qasım Bo’di, Fatma Camalpur, Həsən Cəfərpur, Cahangir Əsədi, Sanaz Sadıqi, Bijən Nəsrüllahi, Mehdi Cəlili, Əlirza İsməilpur, Seyid Səid Səidi, Məhəmməd Sədiqi, Abbas İntizari və Bəhmən Məhəmmədi.

XS
SM
MD
LG