Accessibility links

“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib


“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib
“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib

İranın siyasi gələcəyi yoxdur. “Güney Azərbaycan İran deyil!” şüarı əsas mübarizə strategiyasıdır. Azərbaycan Respublikasının Güney Azərbaycanla bağlı milli strategiyası hazırlanmalıdır.

İran dövlətinin siyasi gələcəyi yoxdur. Son zamanlar səslənən “Güney Azərbaycan İran deyil!” şüarı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin əsas mübarizə
Müsavatçılığın söykəndiyi “türkçülük, müasirlik və islam” bütün azərbaycanlıların ideoloji xəttidir.

strategiyasıdır. Güney Azərbaycan milli fəallarının Azərbaycan Respublikasından istədikləri nədir? Azərbaycan Respublikasının Güney Azərbaycanla bağlı milli strategiyası hazırlanmalıdır. Bu tezislər martın 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfransın əsas müzakirə istiqamətləri olub.

“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib
“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib
Konfransda İranın nüvə proqramı, Amerika və Avropanın Orta Şərq strategiyasına qarşı İranın fəaliyyəti, beynəlxalq terrorizmin dəstəklənməsində İranın rolu, Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının İranın daxili siyasi proseslərə təsirləri də diqqət mərkəzində olub.

Beləliklə, Tehran mərkəzi dövləti 20-ci əsrin əvvəlindəki iranlaşma prosesindən sonra ən ciddi böhranını yaşayır. Ümumilikdə daxili, regional və qlobal şərtlər İranın əleyhinə yönəlib.

Tehran mərkəzi dövləti 20-ci əsrin əvvəlindəki iranlaşma prosesindən sonra ən ciddi böhranını yaşayır.

“SSRİ-nin dağılmasının yaratdığı nəticələr, müstəqil Azərbaycan Respublikasının yaranması, Qarabağ problemi, nüvə problemi, gərgin keçən 2009-cu il prezident seçkiləri, “Ərəb Baharı” prosesi, Suriyada baş verənlər, daxildəki milli oyanış İranın gələcəyi ilə bağlı ciddi suallar yaradır”, deyə “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhəbəri Araz Aslanlı qeyd edib.

Güney Azərbaycanın milli hərəkatının problemləri və perspektivlərindən danışan Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirib ki, ötən əsrdə azərbaycanlılar İranda dörd inqilaba imza atıb, amma milli problem həllini tapmayıb.

“Uzun illər Güney ideyanın deyil, xarizmatik liderin arxasınca getdi. Başqa sözlə, ağ atın belində peyda olacaq qəhrəmanın bizi qurtaracağını düşündük. Bu ağ atın belində peyda olan şəxs, yəni ayətullah Şəriətmədari, daha doğrusu, 1978-79-cu il inqilabının məğlubiyyətinin səbəbi onun qətiyyətsizliyi və irançılığı idi”, o qeyd edib.

Uzun illər Güney ideyanın deyil, xarizmatik liderin arxasınca getdi.

Doktor Nəsibli hesab edir ki, milli birliyin gələcəyi ilə bağlı yeni konsepsiya yaradılmalıdır.

“Hazırda Güneydəki hərəkatın maddi qaynağı məsələsi problem olaraq qalmaqdadır. Ən etibarlı maddi qaynaq milli iş adamlarıdır. Hərəkat azadlıq kompleksindən sıyrılıb çıxaraq xarici müttəfiqlər məsələsinə ciddi yanaşmalıdır. Hətta milli hərəkatın ən təbii müttəfiqi olan Azərbaycan Respublikası, Türkiyə, Kibris və başqa ölkələrdə lobbi problemi həll edilməyib”, deyə keçmiş səfir bildirib.

Çıxışlarda həmçinin Azərbaycan Respublikasının Güney Azərbaycan konsepsiyasının olmaması kəskin tənqid edilib.

Güneydə və Azərbaycan Respublikasında vahid millət siyasəti aparılmalıdır. Biz keyfiyyətcə yeni millətin formalaşmasına nail olmalıyıq.

“Güneydə və Azərbaycan Respublikasında vahid millət siyasəti aparılmalıdır. Biz keyfiyyətcə yeni millətin formalaşmasına nail olmalıyıq. Bunun üçün siyasi tariximizə əl gəzdirilməli, dini, milli və dövlətçilik baxışlarımız yenilənməlidir. Burada Azərbaycan mediasının üzərinə mühüm vəzifələr düşür. Azərbaycan televiziyaları milli ideologiyanı məhv edir. Bu televiziyalar milli ruhu öldürüb, yerində şou ruhu yaratmaqla məşğuldur”, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Yasəmən Qaraqoyunlu diqqətə çatdırıb.

Elmi konfransa dünyanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycandan olan alimlər, hüquq müdafiəçiləri, vəkillər və milli fəallar da Skype vasitəsi ilə qoşulub.

Azərbaycan televiziyaları milli ideologiyanı məhv edir. Bu televiziyalar milli ruhu öldürüb, yerində şou ruhu yaratmaqla məşğuldur.

“İranda Xamneyi və Əhmədinejat tərəfdarları bir-birinə qarşı açıq mübarizə aparır. Hər iki tərəf ölkədəki iqtisadi böhranı digərinin apardığı siyasətdə görür. Bu mənada qarşıdakı prezident seçkilərində ixtilaflar daha da qabaracaq. Molla rejimi ixtilafların yatırılması üçün ordu, polis və təhlükəsizlik qüvvələrinin gücündən istifadə edir. Amma, Şərqi Azərbaycandakı son zəlzələ sübut etdi ki, əhali hökumətə deyil, milli azadlıq hərəkatına inanır. İran hökumətinin nəzarəti itərsə, milli hərəkat Güney Azərbaycanda nəzarəti ələ almağa tam hazırdır”, Parisdə yaşayan doktor Maşallah Rəzmi Skype vasitəsi ilə çıxışında deyib.

İran hökumətinin nəzarəti itərsə, milli hərəkat Güney Azərbaycanda nəzarəti ələ almağa tam hazırdır.

Doktor Şirməmməd Hüseynov hesab edir ki, Güney Azərbaycan milli hərəkatı da Azərbaycan Respublikasında olduğu kimi Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavatçılıq ideologiyasını strateji ideologiya elan etməlidir.

“Müsavatçılığın söykəndiyi “türkçülük, müasirlik və islam” bütün azərbaycanlıların ideoloji xəttidir. Bu ideologiya həm də şərqi qərb demokratiyası ilə birləşdirir”, o qeyd edib.

Konfransda Urmiya gölü problemi də diqqət mərkəzində olub. Urmiya problemi ekoloji problemlə yanaşı, gələcəyin Qarabağ problemi kimi də xarakterizə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG