Gürcüstanın Baş naziri Bidzina İvanişvili Novruz bayramı münasibətilə ölkədə yaşayan azərbaycanlıları şəxsən təbrik edib.
"İvanişvili bu məqsədlə azərbaycanlıların məskunlaşdığı Marneuliyə (Kvemo Kartli regionu, Gürcüstanın şərqi) baş çəkib. Burada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edirlər", - Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
Baş nazir rəmzi bayram tonqalını yandırıb.
İvanişvili Novruz bayramı münasibətilə Marneulinin azərbaycanlı əhalisini təbrik edib.
Baş nazir bu gün, həmçinin Marneuli bələdiyyəsindəki Tamarisi kəndində olub. O, burada yerli sakinlərlə görüşüb və kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olub. Kənd sakinləri Baş nazirə problemləri, xüsusən, təbii qazın və normal məktəbin olmaması, yolların bərbad vəziyyətdə olması barədə danışıblar.
"Əhaliyə vəd etdiyimizi həyata keçirməyə başlayırıq və bunu edəcəyik. Hətta daha çox işlər görürük. Ondan başlayaq ki, kənd təsərrüfatını dirçəltmək lazımdır və kəndlinin öz yerində layiqli şəkildə yaşamaq imkanı olmalıdır. Gürcüstanda həqiqi dirçəliş prosesi başlayır", - İvanişvili qeyd edib.
Tamarisidə İvanişvili ilə yanaşı, Gürcüstanın təhsil naziri Georgi Marqvelaşvili də olub. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirliyin nümayəndələri sabah kəndə gələcəklər, belə ki, burada normal şəraiti olan məktəbin tikintisi planlaşdırılıb.