Accessibility links

Gücüstanda Azərbaycan vətəndaşının yarım kilo qızılı tutulub


Qızıl külçə
Qızıl külçə

Azərbaycan vətəndaşı Ramin Nəbiyev gömrük nəzarətindən kənar gizli olaraq Gürcüstan ərazisinə xüsusilə böyük ölçüdə qızıl məmulatları keçirərkən saxlanılıb, xəbəri apsny.ge saytı yayıb.

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük departamenti ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq əməliyyatları nəticəsində Nəbiyev saxlanılıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs sərhədi keçərkən qanunsuz olaraq Gürcüstan və Azərbaycan sərhədindən ümumi dəyəri 55 000 lari (24 700 dollar) təşkil edən xüsusilə böyük ölçüdə qaçaqmal qızıl sikkələri və yüksək əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarını qanunsuz olaraq keçirməyə çalışıb. Bu, yarım kilodan çox qızıldır.

Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə açılmış iş üzrə istintaq aparılır. Bu maddə 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Bundan əvvəl, aprelin 20-də Gürcüstan tərəfi Azərbaycandan qaçaqmalçılıq yolu ilə 12 kq qızıl keçirmə cəhdinin qarşısını alıb.

Xatırladaq ki, 2016-cı ilin fevralında isə Türkiyə polisi Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə aparılmış 33 kilоqram 576 qrаm аğırlığındа 39 ədəd saf qızıldan olan külçəni ələ keçirib.

XS
SM
MD
LG