Accessibility links

Gürcüstanın İctimai İşlər İnstitutuna Azərbaycanda qəbul aparılır


Gürcüstanın İctimai İşlər İnstitutuna Azərbaycanda qəbul aparılır
Gürcüstanın İctimai İşlər İnstitutuna Azərbaycanda qəbul aparılır

Azərbaycandan seçiləcək beş nəfər tələbə 2011-13 tədris ilində Bakıda, Xəzər Universitetində və Tbilisi şəhərində, GİPA-da təhsil alacaq.

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan seçiləcək beş nəfər tələbə 2011-13 tədris ilində Bakıda, Xəzər Universitetində və Tbilisi şəhərində, GİPA-da təhsil alacaq. Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub, faktlara əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adı çəkilən məktəbin müəllim heyəti və tədris planı mərkəzi Vaşinqton şəhərində yerləşən “Jurnalistlər üçün Beynəlxalq Mərkəz” və Luiziana Universitetinin Manşip məktəbi ilə birgə hazırlanıb.

Proqram 2011-ci ilin oktyabrından 2013-cü ilin may ayınadək olmaqla dörd semestri əhatə edəcək. I və IV semestrlər Bakıda əməkdaşlığa cəlb olunan Xəzər Universitetində keçiriləcək. Tələbələr 2012-ci ilin 11 ayını (yanvar-dekabr) Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2013-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

TOEFL imtahanı və müsabiqədən keçmək üçün namizədlərdən səviyyəli ingilis dili tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı

XS
SM
MD
LG