Accessibility links

Hüseyn Paşayi: İran satdığı neftin pulunu ala bilməyəcək


Hüseyn Paşayi

Siyasi ekspert Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə ABŞ-ın İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alan sanksiyalarını şərh edib. Paşayi noyabrın 4-də qüvvəyə minən sanksiyaların həcm və əhatə etdiyi sektorlar baxımından misilsiz olduğunu ifadə edir.

Hüseyn Paşayi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:52 0:00

“Bankçılıq və gəmiçilik sektorlarına, bir də İran hava yolları şirkəti və 60-dan çox təyyarəsinə sanksiya tətbiq edilib. Bundan əlavə 700-dən artıq həqiqi və hüquqi şəxs siyahıya alınıb. Demək olar ki bu sanksiyalar misilsizdir və əvvəl bu həddə olmamışdı,” Hüseyn Paşayi söyləyir.

Məsələn, Hindistan rupi ilə ödəyəcək amam indilik heç bir bank sistemi yoxdur ki, bunu mübadilə etsin. Bir hesab açılacaq. İran zəruri ehtiyacları, qida olsun, dərman olsun, o pulla təmin edə biləcək.

O, İran İslam Respublikasının keçmişdəki sanksiyaları dəlmək üçün istifadə etdiyi qurumlar və şəxslərin də siyahıya alınmasına diqqət çəkir:

“Qum şəhərinin millət vəkili Fərahaninin də dediyi kimi, keçmiş sanksiyaları dəlməkdə əli olan qurumlar və şəxslərin hamısı bu dəfə siyahıya alınıblar.”

Ekspert Avropa Birliyinin hazırki vəziyyətdə İrana nə qədər dəstək verə biləcəyinin məlum olmadığını ifadə edir.

Onun dediklərinə görə, “Avropa Birliyi dünya ticaərtində dolların hakimiyyətini kənara qoymağı sınamaq üçün mexanizmlər axtarır... Buna görə, nüvə sazişi məsələsində İranın yanında olduğunu deyir. Bunu bacaracaqlar mı, bu ayrı mövzudur.”

Rejim tərəfdarı sanksiyalara etiraz olaraq sabiq ABŞ səfirliyinin binası qarşısında dollar yandırır. Tehran, İran. 4 noyabr, 2018
Rejim tərəfdarı sanksiyalara etiraz olaraq sabiq ABŞ səfirliyinin binası qarşısında dollar yandırır. Tehran, İran. 4 noyabr, 2018

Paşayi Avropa şirkətlərinin İranla münasibətlərinin davam edə bilməsi üçün Fransanın rəhbərliyində aparılan cəhdlərə diqqət çəkir.

“Əlbəttə ki, böyük şirkətlər buna razı olmazlar. Çünki bir tərəfdə İran bazarı, digər tərəfdə isə Amerikanın böyük və geniş bazarı var. Birini seçməlidirlər,” deyə o dəyərləndirir.

Hüseyn Paşayi əlavə edir ki, İranın nəzərdən keçirdiyi cavab tədbirləri bütün hallarda xeyli vaxt aparacaq.

"Bir də İrana neft qarşılığında pul vermək söhbəti yoxdur. İran satdığı neftin pulunu başqa valyutalar ilə belə ala bilməyəcək. Məsələn, Hindistan rupi ilə ödəyəcək amam indilik heç bir bank sistemi yoxdur ki, bunu mübadilə etsin. İran adına ya da müştərək bir hesab açılacaq. İran zəruri ehtiyacları, qida olsun, dərman olsun, o pulla təmin edə biləcək. Neftin pulunu ala bilməyəcək."

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG