Accessibility links

“Bayden administrasiyası artıq İranla nüvə sazişinin bərpası önündəki çətinlikləri görür”


Siyasi ekspert Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə deyib ki, prezident Bayden və komandası seçkilər dönəmində İranla nüvə sazişini bərpa etməyə dair optimist vədlər versələr də, seçki atmosferindən uzaqlaşdıqca yeni bir sazişin önündəki çətinliklər tədricən üzə çıxır.

Ekspertin sözlərinə görə, “ABŞ-da yeni administrasiya o seçki atmosferindən uzaqlaşdıqca və işi ələ aldıqdan sonra siyasətin gerçəklikləri özünü onlara təhmil etdi. Seçkilərin o gərgin atmosferindən uzaqlaşıb və gerçəkliklər ilə üzləşdilər... Yəni o nüvə anlaşmasına qayıtmaq və ya yeni bir anlaşma imzalamanın önündəki çətinliklər yavaş-yavaş üzə çıxdı.”

Həqiqətən İranın siyasətlərini anlamaqda insan bəzən zorlanır... İranın xarici işlər nazirliyində mütəxəssis insanlar az deyil. Mən bilmirəm bunlar mövzuya hansı aspektdən baxır. Çünki Bayden idarəsinin bu mövzularda heç zarafatı yoxdur.

İran İslam Respublikası və ABŞ hökümətlərinin müzakirələri bərpa etmək üçün önə sürdükləri şərtlər, Hüseyn Paşayinin dediklərinə görə, vəziyyəti çıxılmaz hala gətirib:

“Bir açmaza rast gəlmişik. İran deyir ki, Amerika təktərəfli olaraq bu anlaşmadan çıxdığı üçün ilk öncə Amerika masaya qayıtmalıdır ki, sonra biz onların çıxmasından sonra çıxdığımız öhdəliklərə qayıdaq. Amerika tərəfi də deyir, öncə siz o öhdəliklərə qayıtmalısınız ki, biz yenidən masaya oturaq.”

Prezident Bayden bir müddət əvvəl İranın dəstəklədiyi silahlı qüvvələrin İraqdakı hücumları ilə əlaqədar İrana xəbərdarlıq etmişdi. Paşayi deyir ki, İranın İraqdakı fəaliyyətlərinə anlam vermək çətindir.

“Həqiqətən İranın siyasətlərini anlamaqda insan bəzən zorlanır. Bayden idarəsi Tramp idarəsindən daha ağıllı davranır. Mən bu mövzuda Bayden idarəsini Buşun idarəsinə daha yaxın görürəm. Bunlar çox həssas və mütəxəssis insanlardır. İrana yaxın qüvvələr İraqda və digər bölgələrdə bir neçə dəfə Amerikanın səbrini sınamağa çalışdılar... Bunun Bayden administrasiyası tərəfindən sərt bir qarşılığı oldu. İranın xarici işlər nazirliyində mütəxəssis insanlar az deyil. Mən bilmirəm bunlar mövzuya hansı aspektdən baxır. Çünki Bayden idarəsinin bu mövzularda heç zarafatı yoxdur,” o, söyləyir

Hüseyn Paşayi Prezident Trampın başlatdığı “maksimum təzyiq” dövründən çıxmağın olduqca çətin olduğunu vurğulayır:

“Tramp dönəmində maksimum təzyiq var idi. İndi də o siyasətdən geriyə addım atma yoxdur. ABŞ eyni maksimum təzyiqi davam etdirir və hətta yaxınlarda yenə də bir neçə İran rəsmisinə qarşı sanksiyalar elan edildi. Amerikanın geri addım atması çox çətindir. Tramp administrasiyası İranla anlaşmanın vəziyyətini elə bir yerə gətirib çatdırıb ki, Amerika tərəfində geri oturmaq bölgədə çox qarışıqlıq yaradar.”

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG