Accessibility links

Həmədan və Zəncanda su böhranı kritik həddə çatıb


İran Azərbaycanının müxtəlif bölgələrində su böhranı kritik həddə çatıb. Urmiyə Gölü ətrafında yaşanan ekoloji fəlakətdən ən çox xəsarət alan Şərqi və Qərbi Azərbaycan vilayətlərindən əlavə, Həmədan və Zəncan vilayətlərində də əhali su qıtlığından əziyyət çəkir.

Həmədanın Ali Vilayət Şurasının üzvü Məmməd Camal Hüccəti su böhranını Həmədan vilayətinin ən böyük problemi kimi dəyərləndirib.

İLNA agentliyinə müsahibə verən Hüccətinin söylədiklərinə görə, su böhranının həlli istiqamətində lazımi addımlar atılmadığı təqdirdə, bu, qaydasız mühacirət və şəhər kənarında məskunlaşmanın artmasına da səbəb olacaq.

Zəncan vilayəti su və kanalizasiya idarəsinin sədri Əlirza Cüzi-Qasımi isə məsulları Zəncandakı su böhranına ciddi yanaşmağa çağırıb.

Xuzistan (Əhvaz) vilayətində etiraz aksiyası - "neftimizi apardınız, barı suyumuzu aparmayın!"
Xuzistan (Əhvaz) vilayətində etiraz aksiyası - "neftimizi apardınız, barı suyumuzu aparmayın!"

Son vaxtlar İranda ərəblərin əksəriyyət təşkil etdiyi Xuzistan (Əhvaz) vilayətində su böhranı ilə əlaqədar küçə etirazları baş qaldırıb. Ərəblər çayların axınının İranın mərkəzi bölgələrinə istiqamətləndirilməsinə də etiraz edir.

XS
SM
MD
LG