Accessibility links

Təbriz İnstitutundan “İran Federal Cümhuriyyətinə” konstitusiya təklifi


Təbriz Araşdırmaları İnstitutu 4 fəsil, 9 bölmə və 113 maddədən ibarət fars dilində bir konstitusiya qaralaması yayımlayaraq İranın siyasi gələcəyi üçün federal respublika rejimini uyğun gördüyünü bildirib.

“İran Federal Cümhuriyyəti dünyəvi, demokratik və sosial hüquq dövləti olub və əsas insan hüquqlarına bağlıdır,” təklif olunan konstitusiya qaralamasının birinci maddəsi olaraq dərc edilib.

Xüsusilə ABŞ-ın İranın nəqliyyat, maliyyə və enerji sektorlarını hədəf alan sanksiyaları qüvvəyə mindikdən sonra, İslam Respublikasının yerinə gələcək rejimin mahiyyətinə dair mübahisələr artıb.

Qaralamada “İran Federal Cümhuriyyəti”-nin Azərbaycan, Əhvaz, Bəluçistan, Türkmən-Səhra, Xorasan, Fars, Kürdüstan, Gilan və Luristan əyalətlərinin birliyindən təşkil olunduğu, paytaxt Tehranın isə özəl idari statusa sahib olduğu qeyd edilib.

Təbriz İnstitutunun 81 səhifəlik qaralama mətnində, türk, ərəb, bəluç, türkmən, fars, kürd, gilək və lur dillərinin əyalətlərin rəsmi dili olaraq nəzərdə alınıb. Federal dövlət üçünsə türkcə və farscanın rəsmi dil olması təklif edilib.

Son vaxtlar xüsusilə ABŞ-ın İranın nəqliyyat, maliyyə və enerji sektorlarını hədəf alan sanksiyaları qüvvəyə mindikdən sonra İslam Respublikasının yerinə gələcək rejimin mahiyyəti ilə əlaqədar mübahisələr artıb.

Bu istiqamətdə İrandakı mövcud hakimiyyətə müxalif 10 təşkilat bir neçə həftə əvvəl birgə bəyanat yayımlayaraq respublikaçılıq, federalizm və demokratiya prinsipləri əsasında ittifaq yaratdıqlarını bildiriblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG