Accessibility links

Həsən Şəriətmədari: Elə siyasi sistem istəyirik ki, orada bütün etnik azlıqlar İranı öz ölkəsi bilsin


Həsən Şəriətmədari

Bir qrup iranlı müxalif sentyabrın 28 və 29-da Londonda təşkil edilən bir iclasda “Keçid Dönəmini İdarə Şurası” adlı bir təşkilatın təsis edildiyini açıqlayıblar.

Həsən Şəriətmədari Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:08 0:00

Təşkilatın sədri Həsən Şəriətmədari Amerikanın Səsinə müsahibədə deyir ki, İranın ərazi bütövlüyünə sadiq qalmaq yeni təşkilatın əsas prinsiplərindən biridir. O, həmçinin etnik azlıqların hüquqlarının təmin olunmasına diqqət çəkir.

Bizim möhkəm prinsiplərimizdən biri budur ki, hərkəs bizim şuranın üzvü olsa, gərək ki, İranın tək parça qalmağına inansın. Bizim içimizdə ayrılıq istəyən yoxdur.

Şəriətmədarinin sözlərinə görə, “Keçid Şurası” İslam Respublikasının devrildiyi təqdirdə keçid dövrünü sağlam bir şəkildə yönləndirmək məqsədi daşıyır.

“İran dövləti artıq məmləkəti elə idarə edə bilmir ki, xalq yaşaya bilsin, xalqın məişəti olsun, təhlükəsizliyi olsun, ehtiyaclarını təmin edə bilsin, sağlamlığı olsun. Bir tərəfdən də [hakimiyyət daxilində] öz aralarında dava var. Bir-birlərini məhkəməyə çəkirlər. Bir-birlərini biabir edirlər. Bir qrup xalqın pulunu zorla alır. Digərləri də gəlir o pulu onların cibindən çıxarır,” siyasi fəal, söyləyir.

O, əlavə edir ki, “İran ABŞ və bir çox başqa ölkə tərəfindən təcrid olunub. Ağır sanksiyalara məruz qalıb və iqtisadiyyatı artıq işləmir. Qiymətlər hər ay artır və xalq [ehtiyacını] ala bilmir. Bu vəziyyətdə ehtimal var ki, İran hakimiyyəti dayana bilməsin. Elə ki, xalqın arasında dava çıxsın və təhlükəli bir durum yaransın. Biz bu vəziyyətin qrşısını almaq istəyirik ki, o həddə çatmasın.”

O, Şuranın keçid dövrünü idarə etmək, habelə ölkəyə yeni bir idarəetmə sistemi gətirmək hədəfi ilə təsis olunduğunu önə çəkir.

“Bir [hədəf] budur ki, Şura İslam Respublikasından sonra o vəziyyəti idarə etsin. Bir də ki, sonra, İranın gələcəyi üçün dünyəvi bir sistem gətirsin. Yeni bir dövlət elan etsin ki, demokratiya, insan hüquqları və modern qanunlarla idarə olunsun.”

Şura istəyir elə sistem gətirsin ki, kürd, türk, lur, fars, bəluç və digər etnik icmaların arasında fərq olmasın. Onlar hamısı İranı öz ölkəsi bilsin. İran üçün və İran adına çalışsın.


Həsən Şəriətmədarinin sözlərinə görə, İranın ərazi bütövlüyünə sadiq qalmaq Keçid Şurasının əsas prinsiplərindən biridir:

“Bizim möhkəm prinsiplərimizdən biri budur ki, hərkəs bizim şuranın üzvü olsa, gərək ki, İranın tək parça qalmağına inansın. Bizim içimizdə ayrılıq istəyən yoxdur. Hərkəs ki üzv olub, bunu qəbul edib. Hərkəs qəbul edib ki, İslam Respublikasında reform mümkün deyil...”

Keçid Şurasının sədri həmçinin İranın etnik icmalarının hüquqlarına diqqət çəkir.

Sanksiyalar və hökumətin səbatsız iqtisadi siyasəti İranda inflyasiyanı rekord həddə çatdırıb və yoxsulluğu artırıb.
Sanksiyalar və hökumətin səbatsız iqtisadi siyasəti İranda inflyasiyanı rekord həddə çatdırıb və yoxsulluğu artırıb.

"Şura istəyir elə sistem gətirsin ki, kürd, türk, lur, fars, bəluç və digər etnik icmaların arasında fərq olmasın. Onlar hamısı İranı öz ölkəsi bilsin. İran üçün və İran adına çalışsın. Əgər onlarda bu hissiyat var ki, ayrıseçkiliyə məruz qalırıq, bizə bir gözlə baxmırlar, hüququmuz yoxdur, dilimizi danışa bilmirik və izzətimizi saxlaya bilmirik, bu hissiyat aradan getsin," o, deyir.

“Keçid Dönəmini İdarə Şurası” təşkilatının, Həsən Şəirətmədarinin bildirdiyinə görə, 30-dan artıq üzvü var:

Yazmışıq ki, məhəlli parlamentlər olacaq. Məhəlli parlamentlərdə xalq öz vəziyyətini özü idarə edəcək ki, ayrıseçkliyin imkanı azalsın.


“Şuranın 33 ya 34 nəfər üzvü var. Onlar məni Şuranın sədri seçiblər. Məndən əlavə 10 nəfər də katiblik heyətinə seçiblər... Üzvlərimizin arasında türklərdən, bəluçlardan, kürdlərdən var. Ərəblərlə danışırıq ki gəlsinlər. Türkmənlərdən də var. Həmçinin, bizim aramızda məşrutəçi (konstitusiyalı monarxist) də var, cümhuriyyətçi də var, sosial demokrat da, liberal demokrat da, solçu da. Bunların hamısından insanlar gətirmişik ki, xalq arasında fikir sahiblərini cəlb etsinlər. Ki, biz onları öz tərəfimizə gətirə bilək.”

O, əlavə edir ki, “biz de-sentralizasiyaya inanırıq. Bu de-sentralizasiya necə olacaq? Ona gələcəkdə təsisçilər qurumu qərar verəcək. O, bizim işimiz deyil. Amma, sənədlərimizdə yazmışıq ki, məhəlli parlamentlər olacaq. Məhəlli parlamentlərdə xalq öz vəziyyətini özü idarə edəcək ki, ayrıseçkliyin imkanı azalsın.”

XS
SM
MD
LG