Accessibility links

Hacınskinin evi 6 metr sürüşdürülüb [Video & Fotoqalereya]


Hacınskinin evi 6 metr sürüşdürülüb
please wait

No media source currently available

0:00 0:04:52 0:00

Hacınskinin evi 6 metr sürüşdürülüb

Bina 11 metrədək əvvəlki yerindən sürüşdürüləcək, əməliyyat aprelin 28-də başa çatacaq

Bakıda Füzuli, 39 ünvanında yerləşən neft milyonçusu olmuş İsa bəy Hacınskinin 20-ci əsrin əvvəllərində tikilmiş üç mərtəbəli tarixi memarlıq abidəsi kimi qorunan evi aprelin 26-da 6 metrdən çox sürüşdürülüb.

Binanın yerdəyişməsi əməliyyatını Hollandiyanın “Bresser Eurasia” şirkəti həyata keçirir.

Sahə ustası Seymur Babayev Amerikanın Səsinə bildirib ki, bina 11 metrədək sürüşdürüləcək. “Sürüşdürülmə əməliyyatı bazaar günü aprelin 28-də başa çatacaq. Binanın köçürülməsi üçün 210 hidravlik qaldırıcı qurğu cəlb olunub, onların vasitəsilə bina 1,5 santimetr qaldırılaraq, yeni yerinə sürüşdürülür. Sürüşmə başa çatandan sonra divarlar tam yerə hopdurulacaq”, o qedy edib.

Hazırda binanın sakinləri köçürülüb.

Binanın uzunluğu 52 metr, eni 35 metr, hündürlüyü 20 metr, ağırlığı 18 min tondur.

Köçürülmənin səbəbi həmin ərazidə Qış Parkının tikintisidir. Bununla əlaqədar olaraq sözügedən zonada minlərlə köhnə yaşayış evi sökülüb, 60 mindən çox insan köçürülüb.

XS
SM
MD
LG